UNEC rektoru Dünya Təhsil Liderləri Forumunda

İyulun 3-dən 8-dək Cənubi Koreyanın Busan şəhərində Dünya Təhsil Liderlərinin IV Forumu keçirilib. "Xarakter təhsilinin bu günü və gələcəyi" mövzusunda keçirilən forumda Avropa, Asiya, Mərkəzi Amerika və Afrikanın 23 ölkəsindən 51 universitet rəhbəri iştirak edib.

Forumun ilk sessiyasında UNEC-in rektoru, professor Ədalət Muradov "Universitetlərdə xarakter təhsili üzrə işin qurulması və bunun tələbələrə təsiri" mövzusunda məruzə edib. O, xarakter təhsilinin formalaşması istiqamətində UNEC-də yaradılan şəraitdən, atılan addımlardan danışıb. Tələbələrdə müəyyən xarakter formalaşdıran və bir sıra özəllikləri inkişaf etdirməyi hədəfləyən xarakter təhsilinin UNEC-də tətbiqi zamanı baza istiqamətlərə diqqət çəkilib. Tələbələrin startap ideyalarını reallaşdırmasına və onlara işgüzar xarakter qazandırmağa xidmət edən İnnovativ Biznes İnkubator barədə məlumat verilib. Gələcəyin uğurlu kadrlarının yaradılmasını hədəfləyən Karyera Mərkəzinin xarakter təhsilin strategiyasına göstərdiyi xidmətlər vurğulanıb.

 Rektor həmçinin, universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının gənclərin nümunəvi xarakterinin yaradılmasına özünəməxsus töhfə verdiyini qeyd edib. Onu da əlavə edib ki, fiziki məhdudiyyətli şəxslərlə tədrisin təşkili xüsusi önəm verilən istiqamətlərdəndir və universitetdə yaradılan mərkəz bu kateqoriyadan olan tələbələrin cəmiyyətdə özünəməxsus xarakterə malik şəxs kimi yetişməsinə xidmət göstərir.

Ə.Muradov məruzəsinin sonunda xarakter təhsilinin tələbələrə göstərəcəyi təsirlər barədə təkliflər səsləndirib. Rektor bildirib ki, əsas dəyərlərin təbliği, yeni akademik kurrikumlara imkanlar yaratmaq, tələbə motivasiyasını əhəmiyyətli şəkildə təşviq etmək, universitetlərdə mədəniyyətin və təhsilin inteqrasiyasına, o cümlədən valideynlərin ali təhsil müəssisələri ilə fəal əməkdaşlığına nail olmaq xarakter təhsilinin təsir gücünü səmərəli edəcəkdir.

Forumda xarakter təhsilinin universitetlər və tələbələr üçün əhəmiyyəti, sosial dəyişikliklərdəki gözləntiləri və təkmilləşmə istiqamətləri, dayanıqlı təhsil innovasiyaları, universitetlərdə tətbiq edilən və uğur qazanılan halların təhlili istiqamətindəki sessiyalarda geniş məruzələr dinlənilib, iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb.

Səfər çərçivəsində UNEC rektoru, professor Ədalət Muradov bir sıra universitet rəhbərləri ilə görüşlər keçirib, ali təhsilin ixracı istiqamətində əməkdaşlıq məsələlərini müzakirə edib. Malayziyanın Malaya Universitetinin rəsmisi Rohana Binti Yusof ilə görüşdə iki ali təhsil müəssisəsi arasında ikitərəfli əməkdaşlığın istiqamətləri barədə razılıq əldə olunub. Səfər çərçivəsində UNEC ilə Hindist

anın Chandigarh Universiteti, Makedoniyanın Beynəlxalq Balkan Universiteti və Nigeriyanın Caleb Universitetləri ilə anlaşma memorandumları imzalanıb və UNEC iqtisadi təhsil xidmətlərinin bu universitetlərə ixracı məsələləri müzakirə edilib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında