Dərslik problemi olmayacaq

Yeni tədris ili  üçün  dərsliklərin  hazırlanması prosesi davam edir.  Təhsil Nazirliyindən bildirmişlər ki, 2016-2017-ci tədris ili üçün ümumtəhsil məktəblərinin I, II, III, V, VII və IX sinifləri üzrə 261 adda dərslik çapı nəzərdə tutulur.

II, III sinif dərslikləri şagird kontingentinin artımı, bəzi dərsliklərin yararsız olması səbəbi ilə ehtiyac əsasında müəyyən olunmuş faizlə çap olunur. I, V, IX siniflər üçün dərsliklər isə mövcud şagird kontingentinin tam həcmi qədər çap olunaraq məktəblərə çatdırılacaqdır.

Yeni tədris ilinə ümumtəhsil məktəblərinin IX sinifləri üçün yeni təhsil proqramları əsasında ilk dəfə olaraq yeni  dərsliklər tərtib edilib. I, V sinif dərsliklərinin layihələri də çapa verilməzdən əvvəl, müzakirə və təkliflərin bildirilməsi üçün www.e-resurs.edu.az saytının əsas səhifəsində yerləşdirilmişdir.

Dərsliklərin təkmilləşdirilməsi işləri mütəmadi olaraq aparılır.  Nazirlikdən bildirmişlər ki, Dövlət İmtahan Mərkəzi  və Dərslikləri Qiymətləndirmə Şurasının ekspertlərinin rəy və təklifləri, KİV də səsləndirilmiş iradlar əsasında dərsliklər həmişə təkmilləşdirilir. Həmçinin, yuxarıda qeyd etdiyimiz kimi təkliflərin bildirilməsi üçün bu ildən başlayaraq çap olunacaq dərsliklərin layihələri www.e-resurs.edu.az saytında yerləşdirilir.

Bildirilir ki, hər il tədris ili başlandıqdan sonra yerlərdən dərslik çatışmazlıqları ilə bağlı müraciətlərin daxil olması müşahidə edilir. Bunun da əsas səbəbi tədris ilinin sonunda şagirdlərin məktəb yerdəyişmələri və miqrasiyasıdır. Müraciətlərin bir qismi də hamının hər il yeni dərslik tələb etməsi ilə bağlı olur. Nəzərə almaq lazımdır ki, dərsliklər məktəbdə 4 il istifadə edilməlidir. Belə ki, bir şagirdi hər il yeni dərsliklə təmin etmək olmur.

Nazirlikdən onu da  bildirmişlər ki, hazırda istifadədə olan dərsliklərin müəllifləri tanınmış alimlər, pedaqoq-metodistlər və qabaqcıl müəllimlərdir. Təhsil Nazirliyi nəşriyyatların müəllif seçiminə, eləcə də dərsliyin hazırlanmasında xidmətləri olan digər mütəxəssislərin seçiminə müdaxilə etmir və bu işdə nəşriyyatlar tam sərbəstdirlər. Təhsil Nazirliyi, dərsliklərin keyfiyyətli olmasının marağındadır. Bu məqsədlə də keyfiyyətin təmin olunması üçün Təhsil Nazirliyi yalnız ekspertlər tərəfindən ən yüksək qiymətləndirilən dərsliklərə üstünlük verir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında