Nobel Sülh Mükafatı Laureatı “ADA” Universitetində mühazirə oxuyub

Ölkəmizdə səfərdə olan Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunus iyunun 20-də “ADA” Universitetində “Biznesin sosial məsuliyyəti” mövzusunda mühazirə oxuyub.

“ADA” Universitetinin rektoru Hafiz Paşayev  Məhəmməd Yunus kimi önəmli bir şəxsin rəhbərlik etdiyi ali məktəbə gəlişindən məmnunluğunu ifadə edib. Vurğulanıb ki, Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun “ADA” Universitetində günümüzün aktual mövzularından olan biznes və onun sosial məsuliyyəti haqqında mühazirə oxuması tələbələr, gənc tədqiqatçılar və bu sahəyə maraq göstərənlər üçün əvəzsiz imkandır. M.Yunus həmin mövzunun uğurlu tədqiqinə görə önəmli nailiyyətlər əldə edib. Onun bu mövzuya şəxsi yanaşması tədqiqatının uğurunun əsas elementidir.

M.Yunusun fəaliyyətindən və uğurlarından bəhs edən H.Paşayev bildirib ki, o, ABŞ-ın “Foreign Policy” jurnalı tərəfindən seçilmiş “Top 100 intellektual şəxslər” siyahısında dünyanın ikinci ən intellektual adamı seçilib, bir çox önəmli mükafatlara layiq görülüb. Rektor qeyd edib ki, seçdikləri istiqamətlər üzrə gələcək yollarını müəyyənləşdirmək baxımından M.Yunus kimi şəxslərin “ADA” Universitetində tələbələrlə fikirlərini bölüşməsi çox faydalı olacaq.

Nüfuzlu ictimai xadim, sosial biznes və mikrokreditin atası adlandırılan Məhəmməd Yunus “ADA” Universiteti ilə tanışlıqdan və təcrübələrini mühazirənin iştirakçıları ilə bölüşməkdən məmnunluğunu bildirib. Müəllim kimi fəaliyyətindən bəhs edən M.Yunus gənclərin ondan yeni məlumatlar öyrənmələrindən şad olduğunu söyləyib. Qonaq deyib ki, Banqladeşdə uzun illər hökm sürən iqtisadi gərginlik onu məhz iqtisadiyyatın sferaları ilə dərindən maraqlanmağa sövq edib.

M.Yunus gördüyü işlərin yüksək dəyərləndirilməsindən, həyata keçirdiyi layihələrin, irəli sürdüyü ideyaların çoxluq tərəfindən qəbul edilməsindən və cəmiyyətə faydalı olmasından məmnunluğunu bildirib. Bank sisteminin, maliyyə qurumlarının fəaliyyəti və bankçılıq sahəsinin incəliklərinə toxunan M.Yunus ölkəsində müvafiq sektorların cari vəziyyəti və inkişaf perspektivlərindən söz açıb. Nobel Sülh Mükafatı Laureatı gələcək maliyyəçilər üçün qeyd olunan sahələrin müxtəlif aspektlərini sadə dillə təhlil edib və təcrübələrinin gənclər üçün səmərəli olacağına əminliyini bildirib.

Sonda qonaq tədbir iştirakçılarının suallarını cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Məhəmməd Yunus Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü, “ADA” və Dövlət İqtisad universitetlərinin birgə təşkilatçılığı ilə iyunun 21-dək Bakıda səfərdə olacaq.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında