Aqrar Universitetdə yaz sessiyası

Aqrar Universitetin mətbuat xidmətinin verdiyi xəbərə görə, yaz imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək üçün tədris işləri üzrə prorektorun sədrliyi ilə xüsusi qərargah yaradılıb.

Rektorun imzaladığı əmrdə “Elektron universitet” layihəsinin icrasını, tələbələrin arzularını və əvvəlki sessiyaların müsbət nəticələrini nəzərə alaraq, bakalavriat və magistratura səviyyələrində imtahanların test üsulu ilə kompüterlərlə, xüsusi qabiliyyət tələb edən fənlər üzrə isə yazılı formada keçirilməsi qeyd olunub, imtahanların cavablarını kodlaşdırmaq üçün qrup, verilən qiymətlərə etiraz edən tələbələrin müraciətlərinə baxılması üçün bakalavriat və magistratura səviyyələrində apellyasiya komissiyaları təşkil edilib. Şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilib, kütləvi informasiya vasitələri nümayəndələrinə və valideynlərə imtahanlarda iştirak etmək üçün şərait yaradılıb, imtahan fənləri üzrə mütəxəssis olmayan şəxslərdən ibarət  xüsusi nəzarətçilər qrupu və imtahan rəhbəri təsdiq edilib. İmtahan korpusunda tibb məntəqəsi yaradılıb və bura iki tibb işçisi təhkim olunub.

Sessiyanın başlanması ərəfəsində fakültə dekanları, kafedra müdirləri, akademik məsləhətçilər və aidiyyatı struktur bölmələrin rəhbərlərinin iştirakı ilə rektorluğun geniş iclası keçirilib, sessiyanın mütəşəkkil təşkili və keçirilməsi ilə bağlı konkret tapşırıqlar müəyyənləşdirilib.

İmtahan qrafikləri, imtahan və kurs işlərinin (layihələrinin) cədvəlləri vaxtında tərtib olunub, təsdiq edilib və tələbələrin nəzərinə çatdırılıb.

Yazılı imtahanların biletlərinin sualları sessiyadan xeyli əvvəl hazırlanıb, kafedra iclaslarında baxılıb, tələbələrə çatdırılıb, test sualları elektron imtahan bazasına yerləşdirilib, tələbələrin  semestrdə topladıqları balların nəticələri sessiyanın başlanğıcınadək elektron sistemə yüklənib.

Buraxılış kurslarında və 3-cü kursun 4 ixtisası üzrə sessiya imtahanları artıq başa çatıb. İmtahanlar mühəndislik fakültəsinin tədris korpusunda bakalavriat səviyyəsində 2 auditoriyada quraşdırılan 150 kompüter vasitəsilə test formasında, xüsusi qabiliyyət tələb edən fənlər üzrə isə yazılı formada qəbul edilir. İmtahanlara kənar müdaxilələrin qarşısı tam alınıb. Hər gün 1000 nəfərdən çox tələbə növbə ilə kompüterlə imtahan verir, sonda nəticəni də bilir.  Bütün bunların nəticəsidir ki, keçən illə müqayisədə “qeyri-kafi” qiymət alanların sayı xeyli azalıb. Universitetdə yaradılan şərait, keçirilən stimullaşdırıcı tədbirlər hesabına əlaçıların sayı artıb.

Sessiya imtahanları uğurla davam edir və iyulun 5-də başa çatdırılması nəzərdə tutulub.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında