Yeni kitablar

Torpaq altında yatan tariximiz
Balakəndə yaşayan tarixçi, həvəskar araşdırıcı Akif Məmmədlinin yeni işıq üzü görmüş "Arxeoloqlar kurqan və nekropollarda - tarixin xəzinələri" kitabında Azərbaycanın Şimal-Qərb bölgəsində - Gürcüstanla sərhəd məntəqələrdə son vaxtlar torpaq altından çıxarılmış, əlçatmaz qayalıqlarda aşkar edilmiş tarixi abidələr, nadir tapıntılar barədə maraqlı materiallar toplanmışdır.
"Kitab klubunda" yeni nəşr müəllifin iştirakı ilə kitabsevərlərə təqdim edildi. Klubun direktoru Elxan Rzayev bildirdi ki, Akif Məmmədli orta məktəbdə tarix fənnini tədris etməklə yanaşı, bölgədə aparılan arxeoloji ekspedisiyalarda, maddi-mədəniyyət nümunələrinin aşkar edilib toplanmasında da yaxından iştirak edir. O, dəfələrlə alimlərin diqqətini kurqanların, nekropolların, mağara və qayaüstü təsvirlərin dərindən öyrənilməsinə cəlb etmiş, topladığı tarixi əşyalardan şəxsi muzey yaratmışdır. Tədqiqatçı həm də tariximizi öyrənmək və təbliğ etmək üçün kütləvi informasiya vasitələrində çıxışlar edir, elmi-kütləvi kitablar nəşr etdirir. Növbəti nəşr Akifin 9-cu kitabıdır. Onun oxucularla budəfəki görüşündə zəngin və maraqlı materiallar təqdim olunur.
Akif Məmmədli kitabda əksini tapmış və tariximizin qədim dövrlərinə işıq salan bəzi məqamları kitabsevərlərin və həmkarlarının diqqətinə çatdırdı. O bildirdi ki, Şimal-Qərb bölgəsində arxeoloji qazıntı zamanı aşkar edilmiş eramızdan əvvəl II minilliyə aid gil samovar bu məişət əşyasını lap qədimdən xalqımıza məxsusluğunu təsdiqləyən qiymətli sübutdur. Başqa bir tapıntı - baramaşəkilli qadın sırğası isə ölkəmizdə ipəkçiliyin İpək yolu salınmamışdan əvvəl inkişaf etdiyindən xəbər verir. Kitabda ilk dəfə əksini tapan kurqan və nekropoli materialları Quzey Azəbaycanda dövlət qurumlarının Qafqaz Albaniyasından da qədim olduğunu ortaya qoyur.
Mərasimdə çıxış edən tarixçi alimlər Dilavər Əzimli, Xaliyəddin Xəlilov və başqaları Akif Məmmədlinin tariximizin qədim səhifələrinin öyrənilməsində təşəbbüskarlığını və fədakarlığını qeyd etdilər, yeni kitabı torpağın altında qalmış keçmişimizin gizlinlərinə işıq salan dəyərli nəşr kimi səciyyələndirdilər. Natiqlər müəllifin elmi-təbliğati fəaliyyətini təqdir etdilər, ona bu yolda yeni uğurlar arzuladılar.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında