Dünya Azərbaycanlı Gənclərin I Konqresi çərçivəsində "Virtual həftəsonu məktəbi"nin təqdimatı olacaqdır

Noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Dünya Azərbaycanlı Gənclərin I Konqresi çərçivəsində "Virtual həftəsonu məktəbi"nin təqdimatı olacaqdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, təqdimat mərasimi tədbirin ikinci günü olacaqdır. Bu yeni layihə barədə iştirakçılara Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev məlumat verəcəkdir.
"Virtual həftəsonu məktəbi" xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı gəncə virtual məkanın imkanlarından istifadə etməklə ana dilini öyrənmək, doğma Vətənin tarixini, coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini mənimsəmək imkanı yaradacaqdır.
Saytın "Ana dili" bölməsində Azərbaycan dilinin qrammatikası, fonetika, leksika, morfologiya, köməkçi nitq hissələri, sintaksis dərsləri yerləşdirilmişdir.
"Azərbaycan coğrafiyası" bölməsində ölkəmizin fiziki və iqtisadi coğrafiyası barədə məlumatlar öz əksini tapmışdır. Burada Azərbaycanın relyefi, flora və faunası, iqlimi barədə ətraflı məlumat verilmişdir. İqtisadi coğrafiya alt bölməsində Azərbaycanın iqtisadi regionları, onların ölkənin iqtisadi sistemində yeri və rolu, ölkəmizin təbii sərvətləri, sənaye və kənd təsərrüfatının inkişaf sürəti barədə informasiyalar yer almışdır.
"Azərbaycan tarixi" bölməsi Azərbaycanın ən qədim dövrlərdən müasir günümüzə qədər olan tarixini əhatə edir. Bu bölmədə tarixi proseslər barədə xronoloji ardıcıllıqla məlumat verilmişdir. Bölmədə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin taleyi, xalqımızın görkəmli tarixi şəxsiyyətləri haqqında zəruri məlumatları əldə etmək mümkündür.
"Azərbaycan ədəbiyyatı" bölməsində yazılı və şifahi ədəbiyyatımız, xalqımızın əsrarəngiz ədəbi nümunələri, dünya miqyasında şöhrət qazanmış görkəmli şair və yazıçıların əsərləri, klassik ədəbiyyatımızın korifeyləri, onların həyat və yaradıcılığı barədə məlumat yerləşdirilmişdir. Bu bölmədə, həmçinin şifahi xalq ədəbiyyatının ən sanballı nümunələri ilə də tanış olmaq mümkündür.
Layihənin üstünlüyü ondadır ki, burada mövzuları audio-video vasitələrdən istifadə etməklə öyrənmək mümkündür.
Saytda müvafiq mövzulara dair web-saytlara keçidlər də verilmişdir.
Bu ideya ilk dəfə olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci il noyabrın 17-19-da Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürülmüşdür.
Rasim Əliquliyev qurultayın elm, təhsil və texnologiya komissiyasının iclasındakı çıxışında xaricdə yaşayan soydaşlarımıza milli mənəvi irsimizin, tariximizin öyrədilməsinə ciddi ehtiyac duyulduğunu nəzərə alaraq, bu sahədə virtual məkanın imkanlarından daha geniş şəkildə faydalanmağın vacibliyini vurğulamışdır.
2008-ci il dekabrın 18-19-da Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantısında Azərbaycan həqiqətlərinin təbliği, lobbi quruculuğu, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyası, ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin olunması ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Toplantı çərçivəsində rəy və təkliflər nəzərə alınmaqla əsas kimi qəbul olunan "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası"nda xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dilini, Azərbaycan tarixini, mədəniyyətini, coğrafiyasını tədris etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə "Virtual həftəsonu məktəbi"nin yaradılması nəzərdə tutulmuşdur.
Layihənin həyata keçirilməsinə 2009-cu ildə başlanmışdır. Bu zaman müxtəlif ölkələrin bu sahədəki təcrübəsi öyrənilmişdir.
Layihə Azərbaycan Təhsil Nazirliyinin müvafiq tədris proqramları, dərs vəsaitləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test vəsaitləri əsasında hazırlanmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında