Dünya Coğrafi İnformasiya Sistemləri Gününə həsr olunmuş seminar

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Dünya Coğrafi İnformasiya Sistemləri (GIS) Gününə həsr olunmuş elmi seminar keçirilmişdir.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının vacib istiqamətlərindən olan GIS texnologiyalarının tətbiqi üzrə mövcud vəziyyət, bu sahədə aparılan işlər haqqında məlumat vermişdir. Coğrafi informasiya sistemlərinin əsasını məkan haqqında məlumatların emalı proseslərinin təşkil etdiyini bildirən alim ölkəmizdə GIS texnologiyalarının müxtəlif sahələrdə tətbiqi və inkişafının, bu istiqamətdə davamlı mühüm elmi tədqiqatların aparılmasının zəruriliyini vurğulamışdır. Bu texnologiyaların tətbiqi mexanizminin dərindən mənimsənilməsinin vacibliyini söyləyən alim müasir dövrdə GIS-in informasiya təhlükəsizliyi, elm, təhsil, səhiyyə və s. kimi sahələrdə də tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
R.Əliquliyev əlamətdar hadisə münasibətilə bu sahədə aparılan elmi-tədqiqat işlərində, müxtəlif layihələrin həyata keçirilməsində bilavasitə əməyi olan GIS mütəxəssislərinə gələcək işlərində uğurlar diləmişdir.
Seminarda institutun alim və mütəxəssisləri GIS texnologiyalarının tətbiqi istiqamətində mövcud problemlərlə bağlı sualları cavablandırmış, GIS-in yaratdığı üstünlüklər və geniş imkanlara dair qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
Tədbirdə GIS texnologiyalarının bütün fəaliyyət sahələrində tətbiqinin zəruriliyi, Azərbaycanda bu sahədə aparılan işlərin dinamik inkişafı, mövcud problemlərin həlli üçün mühüm tədbirlərin görülməsi, o cümlədən beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi vurğulanmışdır. Bu sahədə elmi-tədqiqat işlərinin intensivləşdirilməsi, İTİ-də aparılan elmi araşdırmalar üçün maddi-texniki bazanın gücləndirilməsi, elektron xəritə və atlasların işlənməsi, GIS sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması, GIS üzrə elmi-populyar məqalələrin, dərslik və dərs vəsaitlərinin hazırlanması, bu sahəyə həsr olunmuş dissertasiya işlərinin sayının artırılmasının zəruriliyi, GIS texnologiyalarının mahiyyəti və imkanları haqqında cəmiyyətə dəyərli məlumatların verilməsi, KİV-də işıqlandırılması, hər il GIS sahəsində əldə olunmuş nailiyyətlərin və mövcud problemlərin müzakirəsinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında