UNEC-də elmi sessiya keçirilib

Mayın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş elmi sessiya keçirilib.

Tədbir iştirakçıları ümummilli liderin universitetdə ucaldılan büstü önünə gül dəstələri qoyaraq xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra texnologiya və dizayn fakültəsinin tələbələrinin “Heydər Əliyev və Azərbaycanın müasir inkişafı” mövzusunda keçirilən rəsm müsabiqəsinə təqdim edilən əsərlərdən ibarət sərgi ilə tanış olublar.

Elmi sessiyada UNEC rektoru, professor Ədalət Muradov ulu öndərin keçdiyi mənalı həyat yoluna qısa nəzər salaraq deyib: “Heydər Əliyev elə bir zirvədir ki, ona çatmaq mümkün deyil. Azərbaycanın bugünkü inkişafının təməl daşını ulu öndər hələ respublikaya rəhbərliyinin ilk dövrlərində atıb. Dövlətimizin müstəqillik illərində böhrandan çıxaraq dinamik iqtisadi inkişaf edən ölkələr sırasında yer almasına görə ümummilli liderə borcluyuq”.

Rektor qeyd edib ki, xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin təməli məhz ümummilli lider tərəfindən qoyulub. Bu gün keçirilən elmi sessiyanın əsas məqsədi ulu öndərin yaratdığı Azərbaycanın sosial siyasətinə elmi baxış keçirməkdir. Ədalət Muradov bildirib ki,  elmi-tədqiqat yönümlü institututa çevrilməkdə iddialı olan UNEC ulu öndərin sosial siyasətini yenidən tədqiq edərək bu sahəyə öz töhfələrini verəcək.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə başlanan yeni siyasi kurs sosial siyasətə təsirsiz ötüşmədi. Müstəqil dövlətin bazar iqtisadiyyatına keçidlə bağlı sosial siyasətinin formalaşması dövlətin kompleks inkişafının tərkib hissəsi kimi nəzərdən keçirildi. Yeni iqtisadi sistemə keçid zamanı Azərbaycanın hansı modeldən faydalanmasına dair müxtəlif fikirlər irəli sürülsə də, Heydər Əliyev bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirdi.

UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rəşad Hüseynov “Azərbaycan Respublikasının sosial inkişafının Heydər Əliyev epoxası” mövzusunda təqdimatla çıxış edib.

Sonra Hadi Rəcəbli UNEC-in kitabxanasına “Sabitlikdən sosial rifaha” adlı kitabı hədiyyə edib.

Tədbir çıxışlarla davam edib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında