Dövlət İdarəçilik Akademiyasında Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilmişdir

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illiyi ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında keçirilən tədbiri giriş sözü ilə I prorektor professor Əlikram Abdullayev açaraq respublikamızda dövlət idarəçiliyi sahəsində yeganə təhsil ocağı olan akademiyanın qarşısında duran əsas vəzifə kimi dövlətimiz üçün müasir təfəkkürlü gənclərdən ibarət dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edə biləcək mütəxəssis kadrlar hazırlamaq, mövcud kadrların və dövlət məmurlarının ixtisaslarının artırılması istiqamətində əməli işlər görməyin vacib olduğunu qeyd etmişdir.
O, dövlət və cəmiyyət həyatında Konstitusiyanın rolundan danışmış, ümummilli lider Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış müstəqil dövlətimizin ilk əsas qanununun cəmiyyət və dövlətin gələcək inkişafının təməli olduğunu vurğulamış, hər bir vətəndaşın, o cümlədən tələbə gənclərin də Konstitusiyanı dərindən öyrənmələrinin vacib olduğunu qeyd etmişdir.
Daha sonra akademiyanın "Dövlət quruculuğu və hüquq" kafedrasının müdiri dosent Fəxrəddin Nağıyev akademiyada müntəzəm olaraq ən müxtəlif səviyyəli elmi-nəzəri konfrans, simpozium, dəyirmi masa və.s tədbirlərlə bərabər, həm də mədəni kütləvi tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Məhz bu əhəmiyyəti nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illiyi ilə əlaqədar "Nə, Harada, Nə zaman" tələbələrarası intellektual oyunu keçirilmişdir. Akademiyanı təmsil edən 15 komandanın iştirakı ilə keçirilən yarışların seçmə mərhələsi Konstitusiyanın rəmzi olaraq 15 illiyini təcəssüm etdirmişdir. Daha əsaslı bilik nümayiş etdirmiş 5 komanda finalda yarışmaq hüququ qazanmışdır.
Tədbirin sonunda qalib komandalar akademiyanın həmkarlar ittifaqı komitəsi tərəfindən fəxri diplomlar və hədiyyələrlə mükafatlandırıldı.

{nl}

Ə.BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında