Bilik Fondu Uşaq Ədəbiyyatı Günü “dəyirmi masa” keçirdi

Aprelin 2-si Beynəlxalq Uşaq Ədəbiyyatı Günüdür.  Bu münasibətlə  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu AMEA-nın Mərkəzi Kitabxanasında “Uşaq ədəbiyyatı–problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa” təşkil edib.

Müzakirədən əvvəl kitabxanada balacaların rəsm əsərlərindən ibarət “Uşaqların nağıl dünyası” adlı sərginin də açılışı olub. Sərgini  Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev  açaraq,  uşaqlara diqqət və qayğıdan, Bilik Fondunun bu yöndə həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, bu tədbrin də keçirilməsində əsas məqsəd uşaqlarda  ədəbiyyata və incəsənətə maraq yaratmaqdır.

Dövlət Uşaq Filarmoniyası direktorunun müavini Samirə Əmiraslanova uşaqları uğurlu rəsm əsərlərinə görə təbrik edib, onların estetik tərbiyəsində, bədii zövqünün formalaşması istiqamətində Bilik Fondu ilə bundan sonra da maraqlı layihələr həyata keçiriləcəyini bildirib.

Sonra rəsmləri sərgilənən uşaqlara Bilik Fondunun sertifikatları və hədiyyələr  təqdim olunub.

Tədbir “Uşaq ədəbiyyatı — problemlər və perspektivlər” mövzusunda təşkil edilmiş müzakirə ilə davam edib.  Müzakirədə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov,  uşaq yazarları — professor Zahid Xəlil, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Sevinc Elsevər, Gülqız Süleymanova, Nərminə Gündüzlü, Vüqar Haqverdiyev, Təhsil Nazirliyinin əməkdaşı Elçin Sərdarov, ibtidai sinif müəllimləri, nəşriyyat direktorları, uşaqlar və valideynlər iştirak ediblər.

Tədbirdə uşaqlar və müəlliflər müxtəlif şeirlər və hekayələr səsləndiriblər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında