Yeni dərs vəsaiti. "Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar - cavablar və özünü yoxlama testləri"

Bu günlərdə ali təhsil müəssisələrində dəmiryolçu ixtisasına yiyələnmək istəyən müdavimlər üçün yeni dərs vəsaiti - "Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar -cavablar və özünü yoxlama testləri" kitabı işıq üzü görüb. Ktabın müəllifləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, respublikanın əməkdar mühəndisi, texnika elmləri namizədi Qurban Nəzirov və Azərbaycan Texniki Universitetinin professoru, texnika elmləri doktoru Səyavuş Bağırovdur.
İlk öncə qeyd edək ki, kitab ali təhsilin bakalavr və magistr pilləri üçün "Dəmir yolu ümumi kurs" fənnindən əlavə vəsait kimi çap olunub. Dərsliyin elmi redaktoru "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri A. N. Əsgərov, rəyçilər Azərbaycan Texniki Universitetinin dosenti R. M. Məmmədov və Azərbaycan Dəmir Yolları" QSC-nin baş mütəxəssisi H. Ə. Quliyevdir.
Kitabın elmi redaktoru Arif Əsgərovun yazdığı "Ön söz"də deyilir: "Ölkənin əmtəə bazarının formalaşmasında və inkişafında, əhalinin daşıma prosesinə olan ehtiyacının təmin edilməsində dəmir yolu nəqliyyatının əhəmiyyəti çox böyükdür. Dəmir yolu Azərbaycanın xarici ölkələrlə, o cümlədən MDB ölkələri ilə nəqliyyat-iqtisadi əlaqələrinin başlıca hissəsidir. Dəmir Yolu nəqliyyatından istifadə, əsasən, kütləvi surətdə yük və sərnişin daşımalarından ibarətdir. Əldə edilən gəlirin təxminən 80 faizi yük daşımalarının üzərinə düşür. Sərnişinlərin daşınmasında isə şəhərətrafı və yerli daşımalar üstünlük təşkil edir (sərnişinlərin ümumi sayının 90 faizi).
Dəmir yolu nəqliyyatını digər nəqliyyat növlərindən fərqləndirən bir sıra texniki-iqtisadi xüsusiyyətlər və üstünlüklər var. Məsələn, istənilən quru ərazidə dəmir yolu şəbəkəsinin tikilməsi imkanı, körpü, tunel və bərə vasitəsilə qitələrlə adalar arasında nəqliyyat əlaqələrinin yaradılması; daşımaların kütləvi (böyük miqyasda) xarakteri və dəmir yollarının yüksək daşıma imkanı (ikixətli yollarda - ildə yük daşımalarının kütləsi 80-90 milyon ton, birxətli yollarda isə - 20-30 milyon ton); yük və sərnişin daşımalarının yüksək sürətlə həyata keçirilməsi imkanı; ilin fəslindən, günündən və iqlimindən asılı olmayaraq daşıma prosesinin müntəzəmliyi; yüklərin daşınmasında, su nəqliyyatı ilə müqayisədə nisbətən daha qısa yoldan (orta hesabla 20 faizə qədər) istifadə etmək imkanı və s. Dəmir yolu nəqliyyatında yüklərin və sərnişinlərin daşınması güclü elektrik və istilik lokomotivləri vasitəsilə həyata keçirilir. Dəmir yollarının ümumi xəttinin 60 faizi elektrikləşdirilib. Daşıma prosesinin 80 faizi elektrik lokomotivləri vasitəsilə həyata keçirilir. İri texniki stansiyalarda lokomotiv və vaqon depoları, yol xidmətinin stansiya, işarəvermə və rabitə müəssisələri, yük və kommersiya mərkəzləri və s. yerləşir. Şəhərlərin və sənaye mərkəzlərinin yük stansiyaları, bir qayda olaraq, dalan yolları vasitəsilə sənaye, kənd təsərrüfatı, tikinti və digər müəssisə və təşkilatlarla, eləcə də dəniz limanları və neft bazaları ilə əlaqədardır".
Sonra kitabda dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar və cavablar öz əksini tapıb. Testlər müvafiq olaraq "Daşıma proseslərini idarəetmə", "Lokomotiv və lokomotiv təsərrüfatı", "Yol təsərrüfatı və onun istismarı", "Dəmir yolunun elektrik təchizatı və elektromexaniki sistemləri", "İşarəvermə və rabitə sistemləri", "Vaqon təsərrüfatı", Sərnişin daşıma təsərrüfatı", "Dəmir yolu nəqliyyatında texniki qurğular və tikililər", "Dəmir yollarının təhlükəsizliyi" bölmələrində öz əksini tapıb.
Dərsliyin sonuncu bölməsi "Dəmir yolu nəqliyyatı üzrə ümumi yoxlama TESTLƏRİ" adlanır. Bu testlər çox dolğun və əhatəlidir. Burada, ümumilikdə dünyada dəmir yolu nəqliyyatının yaranma tarixindən tutmuş, bugünkü texniki yeniliklərə qədər bütün sahələr əhatə olunub və ayrıca cədvəldə testlərin düzgün cavabları verilib. "Nurlan" nəşriyyat-poliqrafiya müəssisəsində nəfis tərtibatla çap olunan kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 6 iyul 2010-cu il tarixli 1005 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında