BANM-də yeni mərkəz yaradılıb

Bakı Ali Neft Məktəbində (BANM) bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi yaradılıb.

BANM-dən bildirildiyinə görə, mərkəz Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş yığıncaqdakı nitqindən irəli gələn vəzifələrin icrası çərçivəsində qeyri-neft sektorunun inkişafına, zəngin ehtiyatlara malik ölkəmizin alternativ enerji mənbələrindən bəhrələnməsinə töhfələr vermək məqsədilə təşkil olunub.

Mərkəzin əsas vəzifələri Günəş, külək, termal və bioloji enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində elmi-tədqiqatlar aparmaqla bu sahələrin inkişafının təmin edilməsinə yönəlmiş tövsiyələr işləyib hazırlamaq, bərpaolunan enerji mühəndisliyi ixtisası üzrə müasir tədris proqramları və texnologiyaları əsasında yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.

BANM-də bərpaolunan enerji mühəndisliyi ixtisası kompleks yanaşma əsasında hərtərəfli əsaslı biliklərə və təcrübəyə malik mühəndis kadrların yetişdirilməsini nəzərdə tutur. Almaniyanın bu sahədə ixtisaslaşmış “E.ON” şirkətinin dəstəyi ilə bu ölkənin Axen Universiteti və BANM arasında əməkdaşlığa dair razılaşma imzalanıb. Razılaşmada BANM-də müvafiq infrastrukturun yaradılması və müvafiq avadanlıqla təchiz olunması, elmi-tədqiqat işlərinin aparılması və mütəxəssis hazırlığında birgə fəaliyyət göstərilməsi əksini tapıb. Bu istiqamətdə elmi-tədqiqat işlərinin və mütəxəssis hazırlığının həyata keçirilməsində təcrübə qazanmaq üçün sözügedən strukturların elmi-metodik köməyindən istifadə olunması, müvafiq ixtisaslar üzrə xarici ölkələrdə ingilis dilində təhsil almış yüksəkixtisaslı mütəxəssislərin elmi və pedaqoji fəaliyyətə, xaricdə aparıcı elm və tədris mərkəzlərində müvafiq kurslara cəlb edilmələri və digər məsələlər nəzərdə tutulur.

BANM-in kampusunda mərkəz üçün yer ayrılıb. Mərkəzin fəaliyyətində elm-tədris-istehsalat üçbucağı konsepsiyası əsas xətt kimi qəbul edilməklə, ölkənin elm, təhsil və sənaye müəssisələrinin, biznes strukturlarının vahid məqsəd uğrunda inteqrasiyasını təmin etmək prioritet vəzifə olacaqdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında