Ədalət MURADOV: Dünyanın nüfuzlu universitetləri ilə yanaşı dayanmaq iddiasındayıq

Ümümdünya Universitetlər Reytinq Təşkilatının (QS) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Zoya Zaytseva Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Ölkənin aparıcı universitetlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov universitetin hədəflərini açıqlayıb. UNEC-in dünya ali təhsil sisteminə inteqrasiyası barədə danışan rektor, universitetdə bu istiqamətdə tətbiq edilən yeniliklərdən danışıb. Qeyd  edib ki, məqsədimiz UNEC-i qabaqcıl universitetlər sırasında görmək, QS reytinqində dünyanın nüfuzlu universitetləri ilə yanaşı dayanmaq  iddiasındayıq.

Z.Zaytseva UNEC-i ikinci dəfə Webometrics reytinqinə görə Azərbaycan universitetləri arasında birinci yerdə olması münasibətilə təbrik edib. Bildirib ki, UNEC-in QS reytinqində yer ala bilməsi üçün kifayət qədər tələbə-müəllim potensialı var. Z.Zaytseva, həmçinin universitetin rəsmi saytını da yüksək qiymətləndirib.

Sonra qonaq “Dünya universitetləri reytinqinin təqdimatı” mövzusu ilə çıxış edərək QS reytinq siyahısına daxil olunmaq üçün vacib olan müraciət formaları və şərtlər haqqında ətraflı məlumat verib. Bildirib ki, QS reytinqi akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqaləyə istinadlara, xarici müəllim və tələbələrin, elmi dərəcəli kadrların, professor-müəllim heyətinin məqalələrinin sayına, işəgötürənlərin nüfuzuna, həmçinin internet resurslarının effektivliyinə görə müəyyənləşdirilir.

Azərbaycanın ali təhsil müəssisələrinin dünya reytinq cədvəllərində yer ala bilməsi üçün kifayət qədər geniş elmi potensialı olduğunu bildirən xanım Zaytseva ölkənin ali məktəblərinə bu istiqamətdə yardım etməyə hazır olduğunu bildirib. Sadəcə olaraq, universitetlər beynəlxalq reytinqdə yer almaq üçün gördüyü işləri daha yaxşı təqdim etməlidirlər: “Uğurlarınız, yenilikləriniz barədə bizə məlumat verin, sizi dünyada tanıdaq”– deyə vurğulayıb.

UNEC-də mətbuat konfransı keçirən Z.Zaytseva təhsil naziri Mikayıl Cabbarovla görüşdə Azərbaycan universitetlərinin reytinq cədvəlindəki yeri haqqında fikir mübadiləsi apardıqlarını da bildirib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında