İqtisad Universitetinin yeni startap layihələri

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) magistrantının iki startap layihəsi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibi olub.

Bu ali məktəbin menecment ixtisası üzrə təhsil alan magistrantı Zülfüqar İsmayılzadənin təqdim etdiyi “SoSmart” və “Whatto” startap layihələrinin reallaşdırılıması işləri universitetin İnnovativ Biznes İnkubatorunda görüləcək.

“SoSmart” startap layihəsi yerindən və vaxtından asılı olaraq telefonu avtomatik səssiz və ya titrəmə rejimlərinə keçirən mobil tətbiqdir. “SoSmart”ın əsas xüsusiyyəti onun təhsil sistemində, dövlət və özəl müəssisələrdə tətbiq olunmasından ibarətdir. Tələbə və şagirdlər təhsil müəssisələrində olduqda dərs cədvəlinə uyğun olaraq telefonları avtomatik səssiz və ya titrəmə rejiminə keçəcək. Bunun üçün istifadəçinin öncədən dərs cədvəlini mobil telefonuna yükləməsi lazımdır. Bununla da telefon zəngi vasitəsilə tələbə və şagirdlərin dərs vaxtı diqqətinin yayınması problemi aradan qalxacaq. Eləcə də dövlət və özəl sektorlarda da iclas, tədbir və yığıncaqlar zamanı mobil telefonlara gələn zənglər məhdudlaşdırılacaq.

“SoSmart”ın əsas texnolojı yeniliyi onun qeo-lokasiya üzərindən mobil telefonu idarə etməsindən ibarətdir. Demək olar ki, bütün smartfonlarda GPS funksiyası vardır. Mobil tətbiqdə məhz bu funksiyanın köməkliyi ilə məkan təyin edilir. Gələcəkdə tətbiqə yeni funksiyalar da əlavə ediləcək.

“Whatto” startap layihəsi isə istifadəçinin qarderobunu bir yerə toplayan və gündəlik geyimini təyin edən mobil tətbiqdir. Proqram istifadəçiyə həftənin günləri, işgüzar görüşləri, tədbirlər və hava şəraitinə uyğun geyim formasını təqdim edəcək. Bunun üçün istifadəçi öncədən qarderobunda olan geyimlərinin fotosunu çəkib proqrama daxil etməlidir. Mobil tətbiq geyimlərin rəngini və görünüşüni də nəzərə alacaq.

Süni intellektə malik “Whatto” tətbiqi istifadəçiyə alış-verişi də asanlaşdıracaq. “Whatto”nun məqsədi insanların hər gün səliqəli, gözəl görünməsinə yardım etməkdir.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında