Şagirdlər İqtisad Universiteti ilə tanış olublar

Yanvarın 27-də Bakının bir neçə məktəbinin yuxarı sinif şagirdləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar. Onlar ilk olaraq  şəhidlərin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət ediblər.

Sonra qış imtahan sessiyasının gedişi ilə tanış olan məktəblilərə prosesin təşkili və qaydaları barədə məlumat verilib. Şagirdlər universitetdə fəaliyyət göstərən SABAH qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbi, Maliyyə birjası laboratoriyası, Virtual müəssisə, İnnovativ Biznes İnkubator və tələbə təşkilatları ilə tanış edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu UNEC-də əldə etmək imkanı xüsusi maraqla qarşılanıb. Məktəblilərə UNEC-in innovativ metodlarla idarə olunması və elektron universitetə çevrilməsinin üstünlükləri barədə məlumat verilib. Bunun, dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün önəmli olduğu vurğulanıb. Universitetin azad internet zonası və kitabxana xidməti, elektron kitabxana sistemi haqqında bilgilər şagirdlərin marağına səbəb olub. Onlara tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsində universitetin online radiosu olan Radio UNEC və Yaradıcılıq Mərkəzinin rolu haqqında məlumat verilib.

UNEC-in tarixi, yeni əmtəə nişanı, korporativ stili, tanınmış məzunları, fəxri doktorları, fakültələri, ixtisasları, beynəlxalq əlaqələri və intizam qaydaları haqqında informasiya çatdırılıb.

UNEC rektoru, professor Ədalət Muradov şagirdlərə ali məktəbdə tədrisin keyfiyyətinin artırılması məqsədilə görülən işlərdən, gələcəkdə İqtisad Universitetini seçən gənclərə yaradılan şəraitdən danışıb. Daha yaxşı oxuyan tələbələr üçün nəzərdə tutulan daxili təqaüd proqramlarını onların diqqətinə çatdırıb.

Sonda şagirdlər Ə.Muradova UNEC-in ikili diplom proqramları, iki ixtisasa yiyələnmək imkanları barədə suallar veriblər. Məktəblilər tələbələrin kənar fəaliyyətləri və asudə vaxtlarının səmərəli təşkilində universitetin rolu ilə maraqlanıblar.

Tədbirə A.S.Makarenko və S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyaları, kimya-biologiya təmayüllü respublika liseyi, akademik Zərifə Əliyeva adına lisey və 132-134 saylı təhsil kompleksinin iqtisadiyyata maraq göstərən yuxarı sinif şagirdləri qatılıblar. Səfər UNEC-də qış imtahan sessiyası dövründə həyata keçirilən “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” layihəsi çərçivəsində baş tutub.  Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən, bu günə qədər təhsil mütəxəssisləri, QHT nümayəndələri və valideynlər UNEC-də qış imtahan sessiyasının gedişini izləyiblər. Jurnalistlər isə imtahanlarda nəzarətçi qismində iştirak ediblər.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında