Biz müəllimlər dövlət qayğısını həmişə hiss etmişik

Ulu  öndər Heydər Əliyev deyirdi ki,  müəllim adından  şərəfli  heç nə ola bilməz.  Ümummilli  lider hakimiyyətdə olduğu  dövrdə  təhsilə  həmişə  böyük  qayğı və  diqqətlə yanaşmışdır. 1999-cu ildən  başlanan  təhsil islahatlarının da  müəllifi məhz  ulu öndər olmuşdur. Bu islahatlar  Heydər Əliyev  siyasi  kursunun uğurlu  davamçısı, müdrik siyasi xadim ölkə  Prezidenti  cənab İlham Əliyev tərəfindən böyük inamla  davam etdirilir. Nəticələr isə  göz qabağındadır. Ölkəmizin   təhsil sistemində son illər baş verən yeniliklər islahatların düzgün istiqamətdə  getdiyini  bir daha təsdiq edir.

Deyə bilərəm ki,  son on üç ildə  bu sahədə 20-dən  çox  Dövlət Proqramı qəbul olunmuşdur. Bu proqramların icrası  nəticəsində   yeni məktəblər  tikilmiş, neçə-neçə  köhnə məktəb  əsaslı təmir olunmuş, təhsilimizə informasiya  texnologiyaları gətirilmiş, təhsil işçilərinin güzəranı əsaslı  şəkildə yaxşılaşmışdır. Hər dəfə yeni məktəb istifadəyə  veriləndə  cənab Prezident   açılış mərasimində iştirak edir, məktəblə tanış olur,  pedaqoji kollektivlə  görüşür, öz təklif və tövsiyələrini  verir.

Bu günün məktəbi on il əvvəlki  deyil. Təhsil Nazirliyinin gündəlik  qayğısı artır, təhsilin  keyfiyyətinin yüksəlməsinə nəzarət  sistemi təkmilləşdirilir.

Müəllimlərə  qayğı  son illər  xüsusilə artmışdır. Onların pedaqoji  ustalığının artması  üçün müxtəlif müsabiqələr keçirilir. “Ən yaxşı müəllim” müsabiqəsində  qalib müəllimlər 500 manat məbləğində mükafatla  təltif olunurlar.  Hər il keçirilən  bu müsabiqədə onlarca müəllim iştirak edir.  

Ötən il bizim məktəbin  müəllimi Təranə Məmmədova da “Ən yaxşı müəllim”  müsabiqəsində  qalib olmuşdur. Eyni zamanda,  “Ən yaxı  ümumtəsil  məktəbi” müsabiqəsində  də  qalib məktəblər 10 min manat məbləğində mükafatlandırılır.  Bunlar  hamısı  cənab Prezidentin  təşəbbüsü ilə həyata  keçirilən  tədbirlərdir  və ölkədə  təhsilin inkişafına yönəldilmişdir.

 Bu  gün müəllimlərimiz  yüksək  səviyyədə  müasir avadanlıqlarla təchiz olunmuş məktəblərdə  çalışırlar. Onlara  dövlət  tərəfindən hər  cür diqqət və qayğı var. Elə bu yaxınlarda  müəllimlərin əmək haqları  yenə  də  cənab Prezidentin  sərəncamı ilə artırıldı.

Məlumdur ki, son illər  dünyada baş  verən  qlobal iqtisadi böhran  Azərbaycana da  təsirsiz ötüşməyib. Ancaq buna baxmayaraq  ölkə  başçısı  insanların  sosial  durumunun  daha da yaxşılaşması  üçün  çalışır. Ona  görə də müəllimlər  cənab Prezidentimizin  siyasətini  həmişə dəstəkləyirlər.

Səməndər MƏMMƏDOV,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Sabunçu rayonunda yerləşən
271 nömrəli məktəbin direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında