Təhsil millətin gələcəyidir

Azərbaycanda  təhsil işçilərinin  sosial təminatı  həmişə  dövlətin diqqət mərkəzində olmuşdur. Hələ ulu öndər  Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə təhsilin inkişafına  xüsusi diqqət yetirilirdi. Ölkəmiz müstəqiilik qazandığı  ilk dövrdən  başlayaraq  “təhsil millətin gələcəyidir” deyən ulu öndər  təhsil  islahatına  başlamış və bu sahədə birinci Dövlət Proqramı  qəbul olunmuşdur. 

Bu gün  ulu öndərin siyasi kursunu uğurla davam etdirən  cənab Prezident İlham Əliyev  təhsil islahatlarının  davamlı  olaraq  həyata keçirilməsini təmin etmişdir.

Təsadüfi deyil ki, hakimiyyətə gəldiyi ilk illərdən cənab Prezident   təhsillə bağlı  mühüm tədbirlərin həyata keçirilməsi, yeni  dövlət proqramlarının   qəbul edilməsi haqqında  sərəncamlar  imzalamışdır. Bu vaxta kimi  Azərbaycanda təhsillə bağlı 20-dən  çox  Dövlət Proqramı qəbul olunmuş  və onların icrası təmin edilmişdir.

Məktəb tikintisi  sahəsində  daha uğurlu nəticələr əldə olunmuşdur. İndi Bakı şəhərində və regionlarımızda  şagirdlər  müasir tipli yeni məktəblərdə təhsil  alırlar. Həm də bu məktəblər informasiya texnologiyaları,  yeni avadanlıqlarla təmin olunmuşlar.

Ən əsası isə müəllimlərə  dövlət qayğısının ildən-ilə armasıdır. Müəllimlərin  güzəranının yaxşılaşdırılması üçün mütəmadi tədbirlər  həyata keçirilir. “Ən yaxşı müəllim”, “Ən yaxşı  ümumtəhsil məktəbi”  müsabiqələrinin  keçirilməsi  bu  sahədə atılmış uğurlu addımlardandır. Hər il  Müəllimlər  Günü  ərəfəsində   təhsil işçilərinə fəxri adlar verilir.  Müəllimlərin əmək haqları da  mütəmadi olaraq artırılır. Elə  bu günlərdə   cənab Prezidentin  sərəncamı ilə müəllimlərin əmək haqlarının artırılması da   təhsil işçilərinə  dövlət qayğısının bariz nümunəsidir.

Məlumdur ki,  hazırda dünyada iqtisadi  böhran hökm sürür, neftin  qiyməti  kəskin şəkildə aşağı enməkdədir.  Söz  yox ki, bu da Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədi. Belə bir şəraitdə    müəllimlərin əmək haqlarının artırılması  dövlət  başçımızın təhsilə, təhsil işçilərinə  göstərdiyi  böyük qayğının  nəticəsidir. Azərbaycanın   təhsil işçiləri  bu qayğını  yüksək  qiymətləndirir və dövlət başçımızı əmin  edirlər ki, bundan sonra da  gənc  nəslin   təhsil və tərbiyəsində öz bacarıq və imkanlarını səfərbər edəcəklər.

Kərəm MEHDİYEV,
Bakı şəhəri Suraxanı  rayonundakı
104 nömrəli orta məktəbin direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında