UNEC-də imtahanlar jurnalistlərin nəzarəti altında keçirilib

Yanvarın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) KİV nümayəndələri qış imtahan sessiyasının gedişinə nəzarət ediblər. “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən tədbirdə nüfuzlu mətbuat orqanlarından iyirmidən çox jurnalist iştirak edib.

Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən həyata keçirilən görüşdə Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin direktoru Raqif Qasımov “ictimai nəzarətçi”ləri imtahan prosesinin gedişi, nəzarət təlimatları ilə tanış edib. Bildirib ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə imtahan prosesi ictimaiyyət nümayəndələrinə açıq keçirilir. İmtahan sessiyası dövründə hər həftənin şənbə günü rektorun “Açıq qapı” günləri təşkil edilir. Bundan başqa, bütün tədris binalarında imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə qərargahlar yaradılıb. Həmçinin universitetin “Qaynar xətt” (146-1-3) xidməti də müraciətləri operativ şəkildə araşdırır. Sonra “ictimai nəzarətçi”lər UNEC-in bütün tədris binalarında keçirilən imtahanlara nəzarət ediblər.

İmtahanlardan sonra jurnalistlər UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər. Rektor UNEC-də aparılan islahatlar, universitetin hədəfləri və iş prosesində qarşıya çıxan problemlərdən danışıb. Tələbələrin dərsə davamiyyətinə toxunan rektor bildirib ki, yeni tədris ilində bu məsələ barmaq izi ilə yoxlanılacaq. Bununla da tələbələrin dərsə gəlib-gəlməməsini yoxlamağa həsr edilən vaxt dərsə ayrılacaq. Rektor, həmçinin universitetdə eyni ixtisas üzrə fəaliyyət göstərən 10 kafedranın birləşdirilərək

4 kafedra ilə əvəz olunduğunu qeyd edib. Ə.Muradov universitetin “UNEC” əmtəə nişanının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyatdan keçdiyini və universitetin patenti olaraq təsdiqləndiyini vurğulayıb.  Bildirib ki, UNEC dünyanın bütün dillərində Azərbaycan Dövlət İqtisad Universitetinin əmtəə nişanı kimi tanınancaq.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında