UNEC-də alt qruplarda ödəniş ləğv edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015-ci ilin son elmi şuranın iclası keçirilib. İclasda əsas müzakirə mövzusu 2015-2016-cı tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti ilə bağlı olub.

Məqsədimiz sessiyada obyektivliyi və şəffaflığı təmin etməkdir, – deyən rektor, professor Ədalət Muradov qış imtahan sessiyasında bütün prorektorların digər tədris binalarına təhkim olunduğunu bildirib. Məqsəd imtahan vaxtı yaranan problemləri yerindəcə operativ şəkildə həll etməkdir.

İmtahan sessiyası zamanı  hər həftənin şənbə günü saat 10:00-da açıq qapı günü keçiriləcək və rektor hər bir şəxsin müraciətini dinləyəcək. UNEC rəhbəri əlavə edib ki, ali məktəbdə imtahan sessiyası tam açıqdır, QHT, təhsil ekspertləri və bütün KİV nümayəndələri istənilən vaxt imtahan prosesinə nəzarət edə bilərlər.

Rektor bildirib ki, UNEC-də keçirilən imtahan qaydaları onun nəzdində fəaliyyət göstərən Maliyyə İqtisad Kollecinə də şamil ediləcək. Ə. Muradov kollecdə növbəti sessiya zamanı imtahanların testlərlə keçirilməsi ilə bağlı direktora tapşırıqlarını verib.

UNEC-də qış sessiyasının yekunları nəzərə alınmaqla akademik borcu olan tələbələrin alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilməsi ilə bağlı elmi şurada qərar qəbul edilib.

Elmi şurada universitetin kitabxana və yeməkxanasının iş vaxtının axşam saat 22:00-dək uzadılması haqda qərar qəbul edilib.

İclasda inzibati işçilərin ştat cədvəli müzakirə edilib və onların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib. Yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb.

Elmi şuranın qərarına əsasən, “Vergi və Vergiqoyma”, “Bank işi” və “Maliyyə” kafedraları ləğv edilərək  yerində “Maliyyə və maliyyə institutları” kafedrası yaradılıb. Digər qərara uyğun olaraq, “Mühasibat Uçotu”, “İqtsadi təhlil və audit” kafedraları ləğv edilərək “Mühasibat uçotu və audit” kafedrasının təşkili barədə qərar qəbul edilib.

2015/2016-cı tədris ilinin qış imtahan sessiyasının yekunundan sonra, bu sessiyanın nəticəsi də nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad ediliblər. Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.

Elmi şurada bildirilib ki, kafedra müdirləri açıq dərslər təşkil etsinlər. Açıq dərslər yanvar - fevral aylarında keçiriləcək. Məqsəd qocaman müəllimlərin təcrübəsinin universitetə cəlb edilən gənc müəllimlərə ötürülməsidir.  Şurada semestr ərzində üzrsüz səbəbdən dərsə gəlməyən müəllimlərin UNEC-də dərs deməsinə son qoyulması ilə bağlı qərar qəbul edilib.

Rektor bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “UNEC” əmətəə nişanı qeydiyyatdan keçib və universitetin patenti olaraq təsdiqlənib. UNEC dünyanın bütün dillərində Azərbaycan Dövlət İqtisad Universitetinin əmtəə nişanı kimi tanınacaq.

İclasda həmçinin qeyd olunub ki, MDB məkanında ilk dəfə olaraq məhz UNEC-ə Rusiya Federasiyasının ərazisində təhsil xidmətlərinin göstərilməsi hüququ verilib. Belə ki, cari ilin noyabr ayının 25-də RF-nin Təhsil və Elm Nazirliyi tərəfindən UNEC-in Dərbənd filialına lisenziya verilib. Filialda tədris əyani şöbədə rus dilində və qiyabi şöbədə isə Azərbaycan və rus dillərində aparılacaq.

Sonda rektor Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə universitet əməkdaşlarını təbrik edib.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında