Bilik Fondu Təfəkkür Universitetində mühazirə təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində fondun aparat rəhbəri İsaxan Vəliyevin “Dini ekstremizmə qarşı mübarizə haqqında qanunçuluq dövlət və din münasibətlərinin təminatı kimi” mövzusunda mühazirəsini təşkil edib.

Tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, universitetin rektoru, professor Müşfiq Atakişiyev, təhsil ocağının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Qonaqları salamlayan rektor M.Atakişiyev Azərbaycan Respublikası Prezidenti tərəfindən bu il dekabrın 5-də imzalanmış “Dini ektremizmə qarşı mübarizə haqqında” Qanunun dünyada dini zəmində baş verən münaqişələrin Azərbaycana sirayət etməsinin qarşısını almaqda böyük rolu olduğunu deyib. Professor Bilik Fondunun tələbələr üçün dini ekstremizmə qarşı mübarizəyə dair mühazirə təşkil etməsini də yüksək dəyərləndirib.

Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib ki, ölkəmizin Azərbaycan Respublikasının Konstitusiyasında dünyəvi dövlət elan edilməsinə, din və dövlət arasında münasibətlərin beynəlxalq standartlara uyğun tənzimlənməsinə, insanların dini etiqad azadlığı ilə bağlı tolerant mühitin yaradılmasına baxmayaraq, ölkəyə bəzən klassik İslam ənənələrinə uyğun olmayan ideologiyanın yeridilməsi hallarına da rast gəlinməkdədir və bu da son nəticədə dini ekstremist fəaliyyətin yayılmasına gətirib çıxara bilər: “Dini ekstremizmə qarşı mübarizə zamanı insan hüquq və azadlıqlarının hər şeydən üstün tutulması, bu zaman qanunçuluğun təmin edilməsi, dini ekstremizmə görə cəzanın labüdlüyü, dini ekstremizm nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin hər şeydən üstün tutulması Qanunun mahiyətinin  demokratikliyinə dəlalət edir”. 

Sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov fondun maarifçilik sahəsində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Gəncləri azərbaycançılıq ideyası ətrafında birləşməyə dəvət edən icraçı direktor ölkəmizdə hökm sürən multikultural  mühitin və tolerantlıq ənənələrinin tarixindən bəhs edib.

Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında