“Vergilər” mövzusunda tələbə və magistrantlar arasında olimpiada keçirilmişdir

Dekabr ayının 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)“Vergilər” mövzusuna həsr olunmuş 9-cu olimpiada keçirilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu olimpiadada  ölkəmizin 13 ali məktəbindən 300-dək tələbə və magistrant iştirak etmişdir.

Tədbir iştirakçıları əvvəlcə UNEC-in foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri olan ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

UNEC-in və Vergilər Nazirliyinin nümayəndələri olimpiada iştirakçılarını salamlamış, olimpiadaya qatılan tələbə və magistrantlara uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, hər il Bakıdan və digər şəhərlərdən çoxlu sayda tələbə və magistrant bu olimpiadaya qatılır.

Sonra münsiflər heyətinin üzvləri iştirakçıları olimpiadanın şərtləri ilə tanış etmişlər. Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanmış sualları kompüter vasitəsilə onlayn rejimdə cavablandırmışlar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunmuşdur. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə qiymətləndirilmişdir.

Olimpiadanın nəticələrinə və qaliblərin mükafatlandırılmasına həsr olunmuş yekun tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov iştirakçılara öz minnətdarlığını bildirmiş, ən yüksək nəticə göstərmiş tələbə və magistrantların, həmçinin onların müəllimlərinin adlarını elan edərək, qalibləri təbrik etmişdir.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov çıxış edərək ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkəmizin regionda və dünyada aparıcı dövlətlər səviyyəsinə qalxdığını diqqətə çatdırmışdır. O, qeyd etmişdir ki, vergi xidməti əməkdaşları ulu öndərin müəyyənləşdirdiyi dövlətçilik ideyalarına sadiq qalaraq ölkəmizin hərtərəfli inkişafı istiqamətində bütün zəruri tədbirləri görürlər. Artıq 9-cu ildir ki, ali məktəb tələbələri və magistrantları böyük həvəslə bu olimpiadada iştirak edirlər. Olimpiyada iştirakçılarının çoxu sonradan vergi orqanlarına işə qəbul üzrə test imtahanlarında yüksək nəticələr göstərərək, işlə təmin olunurlar.

Tələbələr arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünmüşdür:

I yer - Məmmədzadə Murad Teymur oğlu (UNEC)

II yer - Əlizadə Zümrüd Mürşüd qızı (UNEC)

III yer - Hüseynli İsgəndər Həbib oğlu  (UNEC)

UNEC-in tələbəsi I yer tutduğuna görə həmin tələbənin müəllimi də xüsusi mükafata layiq görülmüşdür.

Magistrantlar arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünmüşdür:

I yer - Həmidova Mədinə Bəhruz qızı (UNEC)

II yer - İsmayılov Orxan Oqtay oğlu   (UNEC)

III yer - Əsədzadə Vüsal Həsən oğlu (UNEC)

UNEC-in magistrantı I yer tutduğuna görə onun müəllimi də xüsusi mükafata layiq görülmüşdür.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında