Milli Aviasiya Akademiyasında tələbələrin əl işlərindən ibarət sərgi açılmışdır

Oktyabrın 28-də Milli Aviasiya Akademiyasının (MAA) Mülki Aviasiya Muzeyində tələbələrin Azərbaycanda ilk uçuşların 100 illiyinə həsr edilmiş əl işlərindən ibarət sərgi açılmışdır.
Mərasimdə MAA-nın rektoru, akademik Arif Paşayev, ali təhsil müəssisəsinin professor-müəllim və tələbə heyəti iştirak etmişdir.
Akademiyanın prorektoru Ədalət Səmədov və təlim-tərbiyə işləri üzrə şöbənin rəisi İsgəndər Məmmədov bildirmişlər ki, 1910-cu il oktyabrın 21-dən 24-dək məşhur rus aviatoru Serqey Utoçkin ilk dəfə Bakıda - Balaxanı şosesində müvəqqəti tikilmiş aerodromda silsilə uçuşlar həyata keçirmişdir. Həmin vaxtdan Azərbaycan aviasiyası dünyaya bir pəncərə kimi açılmışdır.
Son illərdə MAA-da gənc kadrların yetişməsi, püxtələşməsi istiqamətində görülən işlərdən söz açan natiqlər vurğulamışlar ki, rektor Arif Paşayevin diqqət və qayğısı ilə istedadlı tələbələrin daha böyük uğurlara imza atması üçün burada hər cür şərait yaradılmışdır. Bu gün akademiyanın 3 tələbəsi- Rövşən Ramazanov, Nəriman Sultanov və Emil Vahablının uçan təyyarələrin maketlərindən və digər əl işlərindən ibarət sərgisi yeni bir ənənənin təməlini qoymaq üçün bizə yaxşı imkan yaratmışdır. Bundan sonra bu istiqamətdə ciddi işlər görüləcək və belə yaradıcı tələbələrin sərgiləri təşkil olunacaqdır.
Sonra sərgi ilə yaxından tanış olan MAA-nın rektoru, akademik Arif Paşayev gənclərə öz tövsiyələrini vermişdir. Rektor onlara yeni yaradıcılıq uğurları arzulayaraq demişdir ki, belə tələbələrin yaradıcılıq imkanlarını daha da genişləndirmək üçün MAA-da "Aviamodelizm" dərnəyi yaradılmalıdır. Onların hazırladıqları maketlərin Mülki Aviasiya Muzeyində saxlanılmasını məqsədəuyğun hesab edən rektor yaxın gələcəkdə ölkəmizdə kiçik təyyarələrin istehsalının mümkünlüyünü də istisna etməmişdir.
Sərgi böyük maraqla qarşılanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında