Dövlət İdarəçilik Akademiyasında yeni təlim kursunun açılışı olmuşdur

Baş ofisi Böyük Britaniyada yerləşən beynəlxalq "Global Certification Limited" şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin iştirakı ilə Dövlət İdarəçilik Akademiyasında yeni təlim kurslarının açılışı olmuşdur.
Tədbiri giriş sözü ilə açan akademiyanın I prorektoru professor Əlikram Abdullayev qeyd etdi ki, Azərbaycanda artıq 6 ildir fəaliyyət göstərən şirkət əsas etibarı ilə kadr xidmətinin idarə edilməsinə dair təlimlər keçirilməsi, keyfiyyətin idarəedilməsi sistemi, informasiya təhlükəsizliyi sistemi, peşə təhlükəsizliyi və əməyin mühafizəsi idarəetmə sistemi, ətraf mühitin qorunması və mühafizəsi sistemlərinin qurulması və digər sahələr üzrə beynəlxalq statuslu sertifikatların verilməsi ilə məşğul olur. Həmin sertifikatlar dünyanın 159 ölkəsində tanınır. Bu isə beynəlxalq əmək bazarının imkanlarından faydalanmaq üçün əlverişli şərait yaradır. Bununla yanaşı, şirkət dövlət təşkilatları və özəl müəssisələrdə təlim və beynəlxalq statuslu treninqlərin keçirilməsi işini də diqqətdə saxlayır. Məhz bu təcrübəni nəzərə alaraq Dövlət İdarəçilik Akademiyasında da gənclərin belə təlimlərin keçirilməsinə maraq göstərdikləri qeyd edildi. Bildirildi ki, bu təlimdə əsas məqsəd akademiyada çalışan və təhsil alan xüsusilə, menecment sahəsində ixtisaslaşanların idarəçilik bacarıqlarının artırılması, onlara keyfiyyətin idarəolunması kimi çox aktual bir məsələyə dair ən yeni biliklərin verilməsidir.
Sonda professor Ə.Abdullayev kursun açılması münasibətilə dinləyiciləri təbrik etdi, iştirakçılara təlimlərə ciddi münasibət, təlimçilərə isə dinləyicilərə münasibətdə tələbkarlıq göstərilməsini tövsiyə etdi.{nl}

Ə.BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında