Azərbaycan və Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov oktyabrın 30-31-də Rusiya Federasiyasının Moskva şəhərində işgüzar səfərdə olub.

Səfərin ilk günü Mikayıl Cabbarov Rusiya Federasiyası təhsil və elm naziri Dmitri Livanovla görüşüb. Görüşdə Elm və Təhsil sahəsinə Nəzarət üzrə Federal Xidmətin direktor müavini Aleksandr Biserov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov da iştirak ediblər.

Təhsil Nazirliyindən aldığımız xəbərdə bildirilir ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının lisenziyalaşdırılması prosesinin sürətləndirilməsi istiqamətində görülən işlər barədə müzakirələr aparılıb.

Oktyabrın 30-da təhsil naziri həmçinin, Moskva şəhərində K.Kərimov adına Azərbaycan etnomədəni komponentli 1583 saylı gimnaziyaya baş çəkib, müəllim və şagirdlərlə görüşüb, tədris prosesi ilə yaxından tanış olub. Təhsil naziri məktəbdə Azərbaycan dilində tədrisin təşkili prosesinə dəstəyin verilməsi imkanlarının araşdırılacağını bildirib.

Oktyabrın 31-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “Gənclərin layiqli gələcəyi naminə” VI Forumu keçirilib. Forumun açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva çıxış edib.

Forum çərçivəsində çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində əməkdaşlığın Azərbaycan-Rusiya münasibətlərində xüsusi əhəmiyyət kəsb etməsi, tələbə və qarşılıqlı təcrübə mübadiləsinin təhsil əlaqələrinin inkişafında rolu, Rusiya Federasiyasının 2 ali təhsil müəssisəsinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi, rus dilinin Azərbaycanın təhsil müəssisələrində tədrisi kimi məsələləri nəzərə çatdırıb.

Həmin gün təhsil naziri Mikayıl Cabbarov Moskva şəhərində 28 oktyabr-1 noyabr 2015-ci il tarixlərində keçirilən “Açıq İnnovasiyalar-2015" Forumunu ziyarət edərək təhsil sahəsində fəaliyyət göstərən müxtəlif müəssisələrin təmsilçiləri ilə fikir mübadiləsi aparıb.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında