Azərbaycan Diplomatik Akademiyasında beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu çərçivəsində bölmə iclası keçirilmişdir

Oktyabrın 22-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu çərçivəsində "Cənubi Qafqazda xarici siyasət: strategiyalar və seçimlər" mövzusunda bölmə iclası keçirilmişdir.
Bölmə iclasını açan ADA-nın icraçı dekanı Fariz İsmayılzadə demişdir ki, tədbirdə dinləniləcək məruzələr simpozium çərçivəsində kitab şəklində çap edilərək dünyanın bütün elm və araşdırma mərkəzlərinə göndəriləcəkdir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev regional əməkdaşlığın, beynəlxalq münasibətlər sisteminə marağı olan alimlərin şəbəkəsinin genişləndirilməsi baxımından simpoziumun əhəmiyyətini yüksək qiymətləndirmişdir. Rektor rəhbərlik etdiyi akademiya barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 2006-cı ildə yaradılmış akademiyada hazırda təhsil iki proqram üzrə aparılır. Qonaqlara akademiyada tədrisin prinsipləri haqqında da məlumat verilmişdir. Bu gün ADA-da azərbaycanlı magistrlərlə yanaşı, Misir, İndoneziya, Macarıstan, Rumıniya, Tanzaniya, İran, Uqanda, Gürcüstan, Niderlanddan olan tələbələr də təhsil alırlar. Vurğulanmışdır ki, ADA-nın yeni təhsil ocağı olmasına baxmayaraq, Azərbaycan və xarici ölkələrin ictimaiyyətinin akademiyaya göstərdiyi maraq onun nüfuzunun ildən-ilə sürətlə artdığını sübut edir. Dünya standartlarına cavab verən diplomatiya və beynəlxalq münasibətlər üzrə magistratura təhsilini təklif etməklə ADA istedadlı azərbaycanlı və dünyanın bir çox ölkələrinin mədəniyyətinin və tarixinin təmsilçiləri olan xarici tələbələri özünə cəlb etməkdə davam edir.
Sonra rektor qonaqların Azərbaycanla və akademiya ilə bağlı suallarını cavablandırmışdır.
Bölmə iclasında mövzu ilə bağlı təqdimatlar keçirilmiş, müzakirələr aparılmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında