Neft və Sənaye Universitetində “Açıq qapı”

Oktyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı tələbələr üçün “Açıq qapı” keçirdi. Tədbirdə bakalavr təhsili alan 1-4-cü kurs tələbələri iştirak edirdilər. Görüşdə rektora müxtəlif mövzularda suallar ünvanlandı və hər bir sual ətraflı cavablandırıldı.

Rektor belə görüşlərin semestr ərzində iki dəfə - ilin əvvəlində və imtahanlar ərəfəsində keçiriləcəyini, hər bir görüşdə tələbələrin öz fikirlərini ifadə etmələri üçün imkan yaradılacağını bildirdi. “Əsas məqsədimiz innovativ düşüncəli, kreativ gənclər hazırlamaqdır. Bu yolda mən heç nədən çəkinməyəcəyəm”. Rektor hər bir tələbəyə universitetin adına layiq davranmağı və oxumağı tövsiyə etdi: “Bu nüfuzlu ali təhsil müəssisəsinin tarixi əzəmətinin qaytarılması, inkişaf etdirilməsi üçün istər tələbənin, istərsə də müəllimin nümunə olması zəruridir. Mövcud problemlərin aradan qaldırılması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Rektor müəllim-tələbə münasibətləri, tələbələrin dərsə davamiyyəti ətrafında danışdı, müəllimləri ədalətə, düzgünlüyə çağırdı, bu prinsipi pozanların cəzalandırılacağını bəyan etdi. “Bu Universitetin potensialı inanılmaz dərəcədə yüksəkdir və onu qorumaq bizim borcumuzdur”. Ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu haqqında məlumat verən Mustafa Babanlı bildirdi ki, Prezident İlham Əliyev də gənclərə daha yaxşı təhsil verilməsini, bu sahədəki problemlərin aradan qaldırılmasını tələb edir. “Universitetdə sizin buna vaxtınız, imkanınız var. Bunun üçün öz üzərinizdə işləməlisiniz”.

Sonra rektor tələbələrin imtahanların test üsulu ilə keçirilməsi, universitetdəki köhnəlmiş avadanlıqların yeniləri ilə əvəzlənməsi, imtahan prosesində obyektivliyin qorunması, laboratoriya işlərinin qəbulu və sair kimi ən müxtəlif səpkili suallarını ətraflı şəkildə cavablandırdı. Tələbələr tərəfindən qaldırılan bir çox problemlərin həlli ilə bağlı prorektor və dekanlara göstərişlərini verdi.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında