ADU-da xarici dillərin tədrisi problemlərinə həsr olunmuş elmi konfrans işə başlamışdır

Aprelin 15-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin sərəncamı ilə bu ali məktəbə universitet statusu verilməsinin 10 illiyinə həsr olunan "Xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda III respublika elmi konfransı açılmışdır.
Əvvəlcə konfrans iştirakçıları H.Əliyevin abidəsi önünə tər çiçəklər düzmüşlər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra universitetin prorektoru Dünyamin Yunusov konfransı açaraq onun elmi əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, üç gün davam edəcək konfransda ümumilikdə 181 məruzə dinləniləcəkdir.
Təhsil naziri Misir Mərdanov konfransın ölkəmiz və təhsil sistemimiz üçün aktual və vacib məsələyə toxunduğunu qeyd etmiş, qonşu ölkələrlə müqayisədə Azərbaycanın xarici dillərin tədrisində geri qaldığını, bu sahədə ciddi islahatlara ehtiyac olduğunu bildirmişdir. Orta məktəblərdə də xarici dillərin tədrisinin yüksək səviyyədə olmasının vacibliyini diqqətə çatdıran nazir konfransda orta təhsil müəssisələrinin nümayəndələrinin iştirakını təqdir etmişdir. ADU-nun Bakı şəhərindəki bir neçə orta məktəbi rəsmi olaraq himayəyə götürməsi təklifini irəli sürən M.Mərdanov konfrans iştirakçılarına uğurlar arzulamışdır.
Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov ümumtəhsil məktəblərində interaktiv metodların tətbiqi sahəsində uğurlu islahatların həyata keçirilməsindən, Bakı Slavyan Universitetinin prorektoru, professor Məmməd Əliyev xarici dil kimi rus dilinin inkişafından, ali məktəblərin orta məktəblərlə sıx əlaqəsinin əhəmiyyətindən, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov təhsil sahəsində islahatlar zamanı xarici dillərin tədrisinə də xüsusi diqqət yetirilməsinin vacibliyindən danışmış, ADU-nun kollektivini yubiley münasibətilə təbrik etmişlər.
Sonra universitetin professoru Azad Məmmədov, almaniyalı professor Doris Böhlke, Bakıdakı 150 nömrəli orta məktəbin ingilis dili müəllimi Qəmər Qasımova müxtəlif mövzularda məruzə ilə çıxış etmişlər.
Konfrans öz işini aprelin 16-da bölmələrdə keçirilən iclaslarla davam etdirəcəkdir.
Ölkənin 30-a yaxın dövlət və özəl ali təhsil ocağının, bir sıra orta məktəbin nümayəndələri elmi yığıncaqda iştirak etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında