Dövlət İdarəçilik Akademiyasında keçirilən ixtisasartırma kursunun növbəti buraxılışı olmuşdur

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) qısamüddətli ixtisasartırma kursunun növbəti buraxılışı olmuşdur.
"Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar" istiqaməti üzrə keçirilən kursda dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
Kursun əsas məqsədi Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlarla bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə bu sahədə yeni biliklərin verilməsi olmuşdur.
Kursda ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik təcrübəsindən bəhs edilmişdir. Tematik plan üzrə kurs Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında hüquq- mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, Konstitusiya nəzarətinin mahiyyəti, təşkili və reallaşması, Azərbaycan Respublikası məhkəmə hakimiyyətinin təşkili və fəaliyyətinin konstitusion-hüquqi əsasları, Azərbaycan Respublikasında seçki hüququ və seçki prosesi, Daxili işlər orqanlarının fəaliyyətinin konstitusion hüquqi əsasları və digər məsələləri əhatə etmişdir.
Tədris müddəti ərzində kursda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin İmmiqrasiya Nəzarəti və Departasiya idarəsinin rəisi Elman Əliyev, Daxili İşlər Nazirliyi Katibliyinin rəisi Nazim Əliyev, Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Şaitdin Əliyev, MSK-nın katibi Natiq Məmmədov, Azərbaycan Respublikası Ali Məhkəməsi məhkəmə təcrübəsinin ümumiləşdirilməsi şöbəsinin müdiri Elxan Kazımov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Dəmirov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat və İnformasiya idarəsinin rəisi Natiq Hüseynov, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov, Avropa İttifaqı "Cənubi Qafqazda narkotiklərə nəzarət" Proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev, Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilliyin Elmi Analitik İnformasiya və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Zaur Əliyev, həmçinin tanınmış alim-mütəxəssislər, DİA-nın professor-müəllim heyəti dinləyicilər qarşısında hüquq elminin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
Dinləyicilər Mərkəzi Seçki Komissiyasında praktiki təcrübədə olmuşlar.
Buraxılış mərasimində çıxış edən DİA-nın birinci prorektoru, professor Ə.Abdullayev kursu bitirənləri təbrik etmiş, uğurlar arzulamışdır.
Kursu bitirənlərə sertifikatlar təqdim edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında