Azərbaycanlı tələbələrin Maastrixt İdarəetmə Məktəbində buraxılış mərasimi keçirilib

Niderlandın Maastrixt İdarəetmə Məktəbində (MSM) biznesin idarə olunması ixtisası üzrə təhsil alan azərbaycanlı  tələbələrin buraxılış mərasimi keçirilib.

Mərasimdə Maastrixt şəhərinin meri xanım Annemarie Penn Strakeç, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Azərbaycanın Niderlanddakı səfiri Mirhəmzə Əfəndiyev, Limburq vilayətinin rəsmiləri, Niderlandda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, biznes dairələrinin, eləcə də səfirliyin və ADA-nın nümayəndələri iştirak ediblər.

ADA və Maastrixt İdarəetmə Məktəbi arasında əməkdaşlığın təməli 2013-cü ildə qoyulub. Həmin il mayın 24-də Maastrixtdə keçirilən Azərbaycan Günü çərçivəsində iki təhsil mərkəzi arasında imzalanmış Enerji idarəçiliyi sahəsində Biznesin idarə olunması ixtisası üzrə proqram hazırda uğurla davam etdirilməkdədir. Bu proqram üzrə təhsilini başa çatdıran tələbələr həm ADA, həm də MSM-nin diplomlarına yiyələnirlər.

Tədbiri giriş sözü ilə açan MSM-nin idarə heyətinin sədri Rene Van Der Linden qonaqları salamlayaraq, təhsil ocağındakı tədris standartları və mövcud beynəlxalq mühitdən söz açıb, məzunlara uğurlar arzulayıb. Azərbaycan ilə əməkdaşlığın perspektivlərindən danışan Rene Van Der Linden ADA-dan olan birinci MBA məzunlarının uğurlarından bəhs edib, gələcəkdə hər iki təhsil müəssisəsi arasında əməkdaşlığın daha da dərinləşəcəyinə, yeni təhsil proqramlarının əsasının qoyulacağına ümid etdiyini bildirib.

Mərasimdə çıxış edən akademik Hafiz Paşayev sözügedən proqramın ilk məzunlarını təbrik edərək yüksək səviyyəli proqramın tərtibi və uğurla həyata keçirilməsinə görə MSM rəhbərliyinə minnətdarlığını çatdırıb.

Rektor Hafiz Paşayev iqtisadiyyatı gündən-günə inkişaf edən müstəqil Azərbaycan Respublikasının zamanın tələblərinə cavab verən təhsil almış bilikli biznes idarəçiləri və liderlərinə ehtiyacı olduğunu vurğulayıb. O, ilk məzunlara gələcək biznes fəaliyyətlərində nailiyyətlər arzulayıb və onların həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə uğur qazanacaqlarına əminliyini bildirib.

Biznesin idarə olunması ixtisası üzrə proqramın Azərbaycandan olan ilk 30 məzununa MSM-nin diplomları təqdim olunub.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında