RF səfiri Vladimir Doroxin Rusiya ali məktəblərində təhsil almağa gedən azərbaycanlı tələbələrlə görüşüb

Avqustun 20-də Rusiyanın Bakıdakı səfirliyində Rusiya ali məktəblərinə daxil olmuş bir qrup azərbaycanlı tələbə və onların valideynləri ilə görüş keçirilib.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin tədbirdə çıxış edib. O, qonaqları salamlayaraq deyib ki, hazırda Rusiyanın ali məktəblərində on üç min azərbaycanlı gənc təhsil alır. Rusiya xaricdə azərbaycanlı mütəxəssislər hazırlayan aparıcı mərkəzlərdən biridir. Bütün çətinliklərə baxmayaraq Rusiya məktəbi təhsil sahəsində yüksək standartları və layiqli beynəlxalq nüfuzunu qoruyub saxlaya bilib.

Səfir deyib ki, cari ildə Azərbaycandan 141 abituriyent Rusiya ali məktəblərinə daxil olub.

Azərbaycanlı tələbələrin seçdikləri ali məktəblərin coğrafiyası çox genişdir - Moskva, Sankt-Peterburq, Həştərxan, Volqoqrad, Krasnodar, Perm, Rostov-Don, Ryazan, Samara və bir sıra başqa şəhərlər. Rusiyada oxuyan 13 min azərbaycanlı tələbənin bir qismi Rusiya Federasiyasının büdcəsi hesabına Dövlət Təqaüdü Proqramı çərçivəsində təhsil alır.

Sonda V.Doroxin gələcək tələbələrə təhsildə uğurlar arzulayıb.

“Azərbaycanın Rusiya (sovet) Ali Məktəblərinin Məzunları Assosiasiyası” ictimai birliyinin sədri Üzeyir Əliyev tələbələrə müraciətlə rus dilini, Rusiya tarixini və mədəniyyətini dərindən öyrənməyi tövsiyə edib. Üzeyir Əliyev hər il Moskvada, Rusiya Xalqlar Dostluğu Universitetində bu ölkədə təhsilini başa vuran əcnəbi tələbələrin forumu keçirilməsini vurğulayaraq qeyd edib ki, səfirliyin bugünkü qonaqlarını həmin tədbirdə görməyə şad olar.

İvanovka kəndindəki Heydər Əliyev adına orta məktəbin müəlliməsi Natalya Uryupina görüşdə çıxış edərək bu il ali məktəblərə daxil olmuş gənclərin hamısını təbrik edib və onlara təhsildə uğurlar arzulayıb.

Bu il Moskva Ədliyyə İnstitutuna qəbul olunmuş Maral Məmmədova tələbələr adından görüş iştirakçılarına müraciət edib. O, Rusiya büdcəsi hesabına ali təhsil almaq, təhsil illərində Rusiyanı daha yaxşı tanımaq imkanına görə Rusiya Federasiyasının hökumətinə, Azərbaycandakı Rusiya diplomatlarına təşəkkürünü bildirib.

Görüş məxsusi olaraq tələbələr üçün hazırlanmış bədii proqramla başa çatıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında