Azərbaycanda məktəb tikintisi prioritet sahə olaraq qalır

Əsası ulu öndər Heydər Əliyev  tərəfindən qoyulan müstəqil Azərbaycanın təhsil siyasəti bu gün  uğurla davam etdirilir. Son illər  ölkəmizdə təhsil sahəsi sürətlə inkişaf etmiş, milli təhsilimizin dünyaya inteqrasiyası sürətlənmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar məktəb tikintisi və köhnə məktəblərin əsaslı  təmirinin də  sürətlənməsini təmin etmişdir. Bu  gün də  Azərbaycanda məktəb tikintisi prioritet sahələrdən biridir. Əldə etdiyimiz məlumata görə, son dövrdə  Azərbaycanda yeni tikilən, əlavə korpuslar inşa edilən, əsaslı təmir olunan məktəblərin sayı  ilbəil  artır.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur. Fondun təşəbbüsü ilə  Bakıda  və  regionlarda   yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəbi binaları  tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.

Məktəb tikintisi ilə bağlı qəbul olunmuş  dövlət  proqramları  bu sahədə  sürətli inkişafı təmin etmişdir.  Eyni  zamanda, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı qəbul olunan dövlət proqramlarında da məktəb tikintisinə  xüsusi önəm verilir. Bakı və Abşeronun sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında yeni məktəblərin tikintisinə, eyni zamanda, mövcud məktəblərin əsaslı təmirinə xüsusi diqqət yetirilir.

Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim şəraiti yaxşılaşdırılmışdır. Məktəb tikintisi sahəsində görülən işlər  nəticəsində  ikinövbəli məktəblərin sayı  xeyli azalmışdır. Bu gün Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binası tikilməsin,  yaxud  mövcud məktəblər təmir edilməsin. 2015-ci ildə isə 92 təhsil müəssisəsi üçün yeni binanın tikintisi, 64 təhsil müəssisəsinin binasının əsaslı təmir olunması və 50 təhsil müəssisəsində isə cari təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Ümumilikdə son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Müqayisə üçün qeyd edək ki, ərazisinə və iqtisadi imkanlarına görə Azərbaycandan üstün olan, sürətlə inkişaf edən Qazaxıstanda isə bu dövrdə  cəmi 700 məktəb inşa olunub. Yaxın gələcəkdə Azərbaycanın bütün ümumtəhsil məktəblərinin yeniləşəcəyi məqsədilə  ölkədə məqsədyönlü və davamlı iş aparılır.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında