Hüquqşünaslar üçün yeni dərslik çapdan çıxıb

Bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Hüquq-mühafizə orqanları" adlı yeni dərslik işıq üzü görüb. Kitab Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekan müavini, hüquq elmləri doktoru Midhəd Qəfərov və Daxili İşlər Nazirliyi Polis Akademiyasının "Daxili işlər orqanlarının inzibati fəaliyyəti" kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, polis mayoru Hikmət Eyvazovun müəllifliyi ilə "Qanun" nəşriyyatında çapdan çıxıb.
Dərslikdə Azərbaycan hüquq- mühafizə orqanlarının indiyədək keçdiyi tarixi inkişaf yolları, onların fəaliyyəti, eləcə də hüquq-mühafizə fəaliyyətində mühüm rol oynayan müstəqil və qeyri-dövlət orqanı olan vəkilliyin mahiyyəti, onların təşkili və sair öz əksini tapıb.
Kitabın elmi redaktoru DİN-in Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki, hüquq elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Mahir Əhmədovdur.
Dərslik altı bölmədən ibarətdir. Kitabda hüquq-mühafizə orqanlarının vəzifələri və sistemi, məhkəmə hakimiyyəti və onu həyata keçirən orqanlar, Azərbaycanda hüquq-mühafizə sisteminin formalaşmasının tarixi mərhələləri, hüquq-mühafizə fəaliyyətini həyata keçirən dövlət orqanları, hüquqi yardım və onun təşkili kimi aktual mövzular ətraflı və dolğun şəkildə təqdim edilib.
Bundan əlavə, ABŞ daxil olmaqla, Avropanın və MDB-yə daxil olan bir sıra aparıcı ölkələrin- Fransa, İspaniya, Böyük Britaniya, Ukrayna, Rusiya Federasiyasının və sair hüquq-mühafizə sisteminin fəaliyyəti, iş xüsusiyətləri, onların fərqli cəhətləri kitabda öz əksini tapmışdır. Kitab hüquq-mühafizə orqanlarına və onların fəaliyyətinə dair Azərbaycan Respublikası qanunvericiliyinin son əlavə və dəyişikliklər, hüquq-mühafizə sahəsində yeniliklər və beynəlxalq təcrübə nəzərə alınmaqla işlənib hazırlanmışdır. Dərslikdə təqdim edilən sxemlər isə materialların daha asan mənimsənilməsində oxucuya yardımçı olur və mövzunu tamamlayır. Oxucular dərslikdə məhkəmələrin, istintaq, təhqiqat və əməliyyat-axtarış orqanlarının, ədliyyə, daxili işlər, vergi, gömrük, prokurorluğun strukturu, təşkili, funksiya və səlahiyyətləri barədə ətraflı məlumatla tanış ola bilərlər.
Dərslik ali məktəblərin hüquq fakültələrində "Hüquq-mühafizə orqanları" fənnini öyrənən tələbələr, hüquqşünaslar, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də bu sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında