Kənd Təsərrüfatı Nazirliyi ilə “ADA” Universiteti arasında anlaşma memorandumu imzalanıb

İyulun 16-da “ADA” Universitetində Kənd Təsərrüfatı Nazirliyi ilə bu universitet arasında kənd təsərrüfatı sahəsində kadr hazırlanması ilə bağlı anlaşma memorandumu imzalanıb.  

Əvvəlcə “ADA” Universiteti ilə tanışlıq oldu. Sonra anlaşma memorandumunun imzalanması mərasimi keçirildi.

Sənədi xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru  Hafiz Paşayev və kənd təsərrüfatı naziri Heydər Əsədov imzaladılar.

Tədbirdə çıxış edən rektor Hafiz Paşayev “ADA” Universitetinin fəaliyyətindən, kadr hazırlığı sahəsində görülən işlərdən danışdı. Rektor bildirdi ki, dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan olunub. Bu faktın özü Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğının təzahürüdür. Təbii ki, aqrar sahədə qarşıya qoyulan vəzifələri uğurla həyata keçirmək üçün daha bilikli, müasir elmin yeniliklərinə bələd olan, sektorun inkişaf istiqamətlərini görə bilən kadrlara ehtiyac var. “ADA” Universiteti bu sahədə Kənd Təsərrüfatı Nazirliyi üçün kadrlar hazırlamağı öhdəsinə götürür. Bu gün imzaladığımız memorandumun da məqsədi budur.

Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən, fermerlərə dövlət qayğısından danışan nazir Heydər Əsədov bildirdi ki, aqrar sektorun qarşısında respublikamızı əsas ərzaq məhsulları ilə yüz faiz təmin etmək, yeni ixrac bazarları tapmaq, rəqabətədavamlı məhsul istehsal etmək vəzifələri qoyulub. Dövlətimiz kənd təsərrüfatında artım meyillərini intensivləşdirmək üçün fermerlərə güzəştli kreditlər və subsidiyalar verir, meliorasiya və irriqasiya sahəsində böyük layihələr həyata keçirir. Ona görə də  aqrar siyasətin müasir inkişaf meyillərindən baş çıxaran kadrlar lazımdır. Bu baxımdan “ADA” Universiteti ilə imzalanan memorandum bizim üçün yeni imkanlar açacaq. Universitetdə təhsilin beynəlxalq standartlar səviyyəsində qurulduğunu qeyd edən nazir bildirdi ki, imzalanan anlaşma memorandumu çərçivəsində hazırlanacaq kadrlar ölkəmizdə kənd təsərrüfatının inkişafına sanballı töhfələr verəcəklər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında