Bakı Ali Neft Məktəbi 10 tələbəsini “Petkim”ə göndərir

Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə 3-cü kursda təhsil alan 10 tələbəsi Türkiyəyə göndərilir. Onlar Türkiyənin İzmir şəhərində “Petkim” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcəklər.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov bu ali məktəbin tələbələri üçün belə imkanın hər il yaradılacağını bildirdi. Bildirdi ki, BANM dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurub və bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Rektor E. Qasımov BANM-in tələbələrinin, həmçinin SOCAR-ın müəssisələrində təcrübəyə cəlb olunduqlarını vurğulayaraq, bu ali təhsil müəssisəsinin  “SOCAR Turkey Energy” və “Petkim” şirkəti ilə əməkdaşlığından da söz acdı. O, yaradılan imkanlara görə tərəfdaş şirkətlərin hər birinə təşəkkür edərək, tələbələrə təcrübə müddətində fəallıq və uğurlar arzuladı.

Tələbələr təcrübəyə iki qrupda göndəriləcəklər. Birinci qrup iyulun 1-dən 24-dək, ikinci qrup isə iyulun 26-dan avqustun 14-dək təcrübədə olacaqlar. Onlar tikintisi davam edən nəhəng obyektdəki tikinti-quraşdırma və tamamlama əməliyyatları, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olacaqlar.

Tələbələr   hər bir qurğunun avadanlığı, orada gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənəcəklər. Tikintisi davam edən və bir sıra istehsal sahələri istismarda olan bu müəssisədəki istehsalat təcrübəsi tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə kömək edəcəkdir. Razılaşmaya əsasən, BANM-in tələbələri “Petkim” şirkətinin əməkdaşlıq etdiyi digər kimya profilli müəssisələrdə də təcrübə keçə biləcəklər.

Xatırladaq ki, bu barədə rektor Elmar Qasımovun və “SOCAR Turkey Energy” şirkətinin Baş icraçı direktoru və “Petkim” şirkətinin idarəetmə şurasının üzvü Kənan Yavuzun görüşündə razılıq əldə edilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında