Lənkəran Dövlət Universitetində məzun günü

Lənkəran Dövlət Universiteti növbəti məzunları ilə vidalaşıb. Xatırladaq ki, bu, universitetin sayca 20-ci buraxılışı olub. Bu münasibətlə universitetdə “Məzun-2015” adlı  tədbir keçirilib.

Tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor  Asəf İsgəndərov açaraq ali məktəbi bitirmələri münasibətilə məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, bu il universiteti 13 ixtisas üzrə 248 nəfər bitirmişdir. Bütövlükdə isə 20 illik təhsil dövründə universiteti 29 ixtisas üzrə bitirən 7 min nəfər tələbə bu gün ölkə həyatının müxtəlif sahələrində çalışaraq öz peşə borcunu şərəflə yerinə yetirir.

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, universitet valideynlər şurasının sədri Sərhad Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, universitetin ilk məzunu Asif İmanlı, valideyn Rafiq Hüseynov çıxış edərək məzunlara təbriklərini çatdırıblar. 

Məzunlardan Fatma Abdullayeva, Aysel Rüstəmova, Leyla Nəzərli ürək sözlərini söyləyərək doğma ali məktəbi, onlara dərs deyən müəllimləri unutmayacaqlarını bildiriblər.

Sonra ayrı-ayrı fakültələr üzrə  tələbə məzunların bədii yaradıcılıq qruplarının çıxışı olub. Müsabiqədə iştirak edən 100-dək tələbə bilik və bacarıqlarını nümayiş etdirib. Məzunların  ifasında doğma Azərbaycan, Vətən, tələbəlik illəri haqqında mahnılar ifa edilib, şeirlər səsləndirilib. Məzunların ifa etdikləri milli rəqslər, oynadıqları səhnəciklər maraqla qarşılanıb. Yüksək bilik və bacarıq nümayiş etdirən təbiət elmləri fakültəsinin bədii yaradıcılıq qrupu  müsabiqənin qalibi adına layiq görülüb.

Məzun günündə universitetin elmi, ictimai və mədəni həyatında  fərqlənənlərə müxtəlif müsabiqələrin, o cümlədən mini-futbol yarışlarının qaliblərinə fəxri fərmanlar, diplomlar və hədiyyələr verilib. Rayonun elm, təhsil, mədəniyyət müəssisələrinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin sonunda xatirə şəkli çəkdirilib. 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında