Bakı Slavyan Universitetində IV beynəlxalq tələbə elmi konfransı keçirilmişdir

Bakı Slavyan Universitetində (BSU) "Humanitar elmlərin problemləri" mövzusunda IV beynəlxalq tələbə elmi konfransı keçirilmişdir.
BSU-nun 10 illik yubileyinə həsr olunan ənənəvi konfransda çıxış edən filologiya fakültəsinin dekanı İ.Babayev bu beynəlxalq tədbirdə iştirak etmək üçün Rusiya, Böyük Britaniya, Gürcüstan da daxil olmaqla, müxtəlif ölkələrdən 200-ə qədər tezis təqdim edildiyini, elmi yığıncağa 15-ə yaxın xarici tələbənin qatıldığını diqqətə çatdırmışdır.
Azərbaycan Dillər Universitetinin rus mərkəzinin müdiri Fikrət Rzayev son illər BSU-da həyata keçirilən əhəmiyyətli dəyişikliklər nəticəsində universitetin ölkəmizdə və onun hüdudlarından kənarda böyük nüfuz qazandığını vurğulamışdır.
Ölkəmizin müxtəlif ali təhsil ocaqlarını təmsil edən tələbələrin iştirak etdiyi elmi konfrans öz işini bölmələrdə (Azərbaycan ədəbiyyatı və müqayisəli ədəbiyyat, ədəbiyyatşünaslıq və ədəbi əlaqələr, dilçilik, ictimai əlaqələr və jurnalistika) davam etdirmişdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında