ADA-nın rektoru Hafiz Paşayev diplomatik təlim üzrə beynəlxalq forumda çıxış etmişdir

Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev Maltada keçirilmiş Diplomatik Təlim üzrə Beynəlxalq Forumda çıxış etmişdir.
ADA-nın mətbuat xidmətindən bildirmişlər ki, 1972-ci ildə yaradılmış Diplomatik Təlim üzrə Beynəlxalq Forum hər il diplomatik akademiya və beynəlxalq münasibətlər üzrə institutların rəhbərlərini bir araya gətirir. Forumun keçirilməsi təşəbbüsü Vyana Diplomatik Akademiyası və ABŞ-ın Vaşinqton şəhərində yerləşən Corctaun Universiteti tərəfindən irəli sürülmüşdür. Hər il keçirilən görüşlərdə müasir diplomatiyaya dair məsələlər və trendlər müzakirə olunur.
Sayca 38-ci olan builki toplantıda 53 ölkədən 80 iştirakçı regional diplomatik təlim, diplomatiya və təlimlərin faydalılığının artırılması məsələlərini müzakirə etmiş, təcrübələrini bölüşmüş, fikir mübadiləsi aparmışdır.
Tədbirin Maltanın tarixi parlament binasında keçirilmiş açılış mərasimində parlamentin sədri Maykl Frendo bütün iştirakçıları salamlamışdır.
ADA-nın rektoru Hafiz Paşayev Maltanın sabiq prezidenti, professor Uqo Mifsud Bonniçi ilə birgə "Regional diplomatik təlim" başlıqlı birinci paneldə çıxış etmişlər. Natiqlər diplomatiyanın regional xarakter aldığını vurğulamış, diplomatik təlimin regional proseslərə yardımından danışmışlar.
H.Paşayev tədbir iştirakçılarına ADA-nın fəaliyyəti, burada baş verən yeniliklər barədə məlumat vermişdir. Rektor bildirmişdir ki, XXI əsrdə diplomatik təlim yalnız ölkələrin sərhədləri daxilində aparıla bilməz. Biz gərək onu digər mədəniyyətlər və ölkələr üçün açaq ki, dünya ölkələrinin də təcrübəsindən bəhrələnək, tələbələrimizə karyeralarının ilk illərindən möhkəm münasibətlər qurmağa kömək edək. Ümid edirəm ki, ADA-nın təcrübəsi digər diplomatik akademiyaların fəaliyyəti üçün də faydalı olacaqdır.
Sonda rektor Hafiz Paşayev qarşıdan gələn illərdə Diplomatik Təlim üzrə Beynəlxalq Forumun növbəti iclasının Bakıda keçirilməsini təklif etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında