"Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunmuşdur

Oktyabrın 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təşkil olunmuş "Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev demişdir ki, müsabiqənin keçirilməsində məqsəd ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi və qanuni mənafelərinin qorunmasını daha yaxşı təşkil edən ilk həmkarlar ittifaqı komitəsini müəyyən etmək, onlar arasında sağlam rəqabət mühiti yaratmaq, eyni zamanda qabaqcıl təcrübəni geniş yaymaq, ATİAHİ-nin üzv təşkilatları arasındakı birliyi və icra intizamını gücləndirmək, ilk təşkilatların apardığı işləri təhlil etmək və onlara praktik köməklik göstərməkdir. İki turdan ibarət müsabiqənin birinci turu rayon, şəhər və rayon həmkarlar ittifaqı komitələri tərəfindən 2010-cu ilin mart-aprel aylarında, ikinci mərhələsi isə may ayında keçirilmişdir. Müsabiqəyə 45 təşkilat buraxılsa da, onlardan 10-u qalib seçilmişdir.
"Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqəsinin nəticələrinə görə, Oğuz rayonu Xaçmaz kənd 1 saylı məktəbin həmkarlar ittifaqı komitəsi, Salyan rayonu 1 saylı məktəbin, Şamaxı rayonu Əngəxaran kənd məktəbinin, Qaradağ rayonu 106 saylı məktəbin, Ağdaş rayonu M.İsayev adına orta məktəbin, Nərimanov rayonu "Tərəqqi" Texniki-Humanitar liseyin, Qax rayonu 2 saylı məktəbin, İsmayıllı rayonu 3 saylı məktəbin, Goranboy rayonu Təhsil Şöbəsinin və Sumqayıt şəhəri 9 saylı məktəbin həmkarlar ittifaqları komitələri qalib elan olunmuşdur.
"Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqəsinin qaliblərinə kompyuter dəsti, Respublika Komitəsinin fəxri fərmanı, diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Sonda Səttar Mehbalıyev 5 oktyabr - Müəllim Günü münasibətilə bütün təhsil işçilərini təbrik etmiş, onlara uğurlar arzulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında