Həmyerlimiz Almaniyada elmi müsabiqənin qalibi olmuşdur

Müstəqil Azərbaycan dövlətinin sosial-iqtisadi və ictimai-siyasi həyatda qazandığı çoxsaylı uğurlar respublikamızın beynəlxalq aləmdəki nüfuzunu gündən-günə artırır. Bunu sübut edən faktlardan biri də odur ki, ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər keçirilir və həmçinin soydaşlarımız xaricdə təşkil olunan mötəbər tədbirlərə dəvət alırlar.

Bu tendensiya ildən-ilə artır. Sevindirici haldır ki, ayrı-ayrı ziyalı soydaşlarımızın fərdi yaradıcılıqdakı uğurları da beynəlxalq mətbuatda Azərbaycan adının tez-tez səsləndirilməsinə səbəb olur. Elə bir ay olmur ki, hansısa xarici ölkədən bu məzmunlu xəbərlər eşitməyək. Bu günlərdə Almaniyanın Hannover şəhərindən də Bakıya həmin məzmunlu məktublardan biri gəlib.

Avropa Təbiyyat Elmləri Akademiyasının prezidenti, professor Vladimir Tıminskinin imzaladığı məktubda qeyd edilir ki, bu elmi qurumun 2014-cü ilin əvvəlində elan etdiyi elmi müsabiqənin nəticələrinə əsasən, azərbaycanlı yazıçı-filosof, dörd beynəlxalq akademiyanın həqiqi üzvü Hacı Fərhad Mirzənin qitənin alman, ingilis, rus, türk və azərbaycandilli oxucularına yaxından tanış olan “Kəlamlar” kitabı müsabiqənin qalibi adını qazanmışdır. Xatırladaq ki, Rusiya Federasiyası Yazıçılar Birliyi Moskva şəhər təşkilatının təşəbbüsi ilə əvvəlcə rus və ingilis dillərində böyük tirajla çap olunan “Kəlamlar” sonradan Avropa Təbiyyat Elmləri Akademiyasının xətti ilə alman dilinə tərcümə edilmiş və Almaniyada nəfis şəkildə çap olunmuşdur.

Tərtibçilər qeyd edirlər ki, kitabda müasir insanı narahat edən milli-dini qarşıdurmalar, monoetnik təfəkkür, Yaxın Şərqi od-alova qərq edən rəngli inqilablar, və ümumiyyətlə, bütün problemlər haqqında dəyərli kəlamlar vardır. Yeri gəlmişkən, Rusiya Federasiyası Yazıçılar Birliyi Moskva şəhər təşkilatının sədri Vladimir Boyarinov bu kitabı “son dərəcə sadəliklə qələmə alınmış, səmimiyyətlə söylənilmiş inam haqqında sətirlər”, müasir türk xalqları ədəbiyyatının görkəmli bilicisi, istanbullu alim, mərhum professor İsa Kayacan isə müəllifi “mövlanalar sırasında dayanan türk fikir adamı” adlandırmışdır.

Bu günlərdə mətbuatda yayılan başqa bir məlumatda isə qeyd edilir ki, Azərbaycandakı “Maraqlı kitab evi” İctimai Birliyinin ekspertləri ədəbiyyatımızın XXII əsrə və daha sonrakı yüzilliklərə adlamağa layiq nümunələrindən ibarət kitabların müəyyən edilməsi məqsədilə rəy sorğusu keçiriblər. Müxtəlif qurumları və təhsil müəssisələrini təmsil edən alimlər, müəllimlər, tələbələr və ümumiyyətlə, kitabsevər insanlar arasında keçirilən rəy sorğusunun nəticələrinə görə, ən çox səs qazanan üç kitab qalib elan edilib. Birinci yerə Hacı Fərhad Mirzənin beş dildə dünya oxucularına çatdırılan “Kəlamlar” kitabı, ikinci yerə Dövlət müşaviri Kamal Abdullanın iki il qabaq Nobel mükafatına təqdim olunmuş “Yarımçıq əlyazma” kitabı, üçüncü yerə isə mərhum ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsi fətva şöbəsinin  sabiq müdiri Hacı Mirəziz Seyidzadənin baş redaktorluğu ilə çıxan “Kəlam” jurnalı layiq görülüb.

Natəvan İSMAYILLI


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında