QKDK və “ADA” Universiteti arasında anlaşma memorandumu imzalanıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə “ADA” Universiteti  arasında anlaşma memorandumu imzalanıb.

Komitədən AzərTAc-a bildirilib ki, imzalanma mərasimini giriş sözü ilə açan xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, universitetin təhsil proqramlarında nəzəriyyə və praktikanın birlikdə tətbiq edilməsinə üstünlük verilir. Bu baxımdan, “ADA” Universitetinin Biznes Məktəbi  ölkənin hökumət və özəl iqtisadi qurumları ilə əməkdaşlıq etməklə, onları tədris prosesinə cəlb edir, birgə elmi və təlim layihələri həyata keçirir.  Hazırda dörd məktəb (fakültə) üzrə müxtəlif sahələrdə bakalavr və magistr ali dərəcələri verən universitet regional elm və təhsil ocağına çevrilməyi qarşısına məqsəd qoyub. Bunu  tədris prosesində müasir bilik və texnologiyaların tətbiqi, yerli kadrlarla yanaşı xarici kadrların cəlb edilməsi və beynəlmiləl mühitin yaradılması nəticəsində əldə etmək olar. QKDK ilə əməkdaşlıqdan “ADA” Universitetinin tələbə və müəllim heyətinin faydalanacağına şübhə etməyən H. Paşayev, bununla bağlı öz məmnunluğunu bildirib.

Daha sonra QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə vermək, o cümlədən ictimaiyyətin qiymətli kağızlar bazarı barədə maarifləndirilməsi, bu bazarın inkişafına dair elmi tədqiqatların aparılması, ali təhsil müəssisələrində qiymətli kağızlar bazarına dair biliklərin tədrisi üçün “ADA” Universiteti ilə əməkdaşlığın qurulmasını yüksək qiymətləndirib.

Komitə sədri “ADA” Universiteti ilə maliyyə və qiymətli kağızlar bazarında elm və təhsil sahəsində əməkdaşlığın Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının məqsədlərinə tədbir iştirakçılarının diqqətini yönəldib. R.Aslanlı kapital bazarlarının tədrisi sahəsində QKDK-nın “ADA” Universiteti ilə əməkdaşlığının tələbələrin qiymətli kağızlar bazarı sahəsində yüksək bilik və hazırlığının formalaşdırılmasında mühüm əhəmiyyət daşıdığını deyib. O,  komitənin nəzdində yaradılmış Kapital Bazarı üzrə Təlim Mərkəzi tərəfindən yerli qiymətli kağızlar bazarının spesifik xüsusiyyətlərini vurğulamaqla, kapital bazarlarına dair seminarların təşkil edilməsinin zəruriliyini qeyd edib.

Sonra QKDK ilə “ADA” Universiteti arasında müştərək layihələrin planlaşdırılması, elmi-praktik konfransların və seminarların təşkil edilməsini nəzərdə tutan birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında