Aqrar Universitetdə maraqlı təcrübə

Hər fənn üzrə imtahandan 100 bal toplayan tələbəyə 100 manat mükafat verilir

Azərbaycan Dövlət Aqrar Universitetində  qış imtahan sessiyasında 100 bal toplayan tələbələrin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev və digər qonaqların  iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov məlumat vermişdir ki,   cari imtahan sessiyasında universitet üzrə 126 tələbə, o cümlədən 3 tələbə 4 fəndən, 8 tələbə 3 fəndən, 27 tələbə 2 fəndən, 88 tələbə isə 1 fəndən maksimum qiymət olan 100 bal toplamışdır. Qeyd olunan tələbələrdən 57- si aqronomluq, 30-u baytarlıq təbabəti və zoomühəndislik, 18-i mühəndislik, 8-i aqrotexnologiya, 7- si elektroenergetika və informasiya texnologiyaları, 5-i aqrar iqtisadiyyat, 1-i aqrobiznes və idarəetmə fakültələrinin tələbələridir. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə “Kənd təsərrüfatı ili” elan edilmiş  2015-ci ildə  aqronomluq, baytarlıq, zoomühəndislik, mühəndislik istiqamətləri üzrə imtahan sessiyasında  yüksək nəticələr əldə etmiş tələbələrin xüsusi çəkisi yüksək olmuşdur.  Rektor daha sonra qeyd etmişdir ki, universitetdə tələbələrin təhsilə olan marağının daha da artırılması məqsədilə bir sıra iş adamlarının dəstəyi ilə həyata keçirilən  stimullaşdırıcı tədbirlərə geniş yer verilir.

Vurğulanıb ki, cari imtahan sessiyasını əla qiymətlərlə başa vuran əyani təhsil forması üzrə 236 tələbədən 53-ü “2 fevral — Azərbaycan Gəncləri Günü” münasibəti ilə yeddi gün müddətində respublikamızın Qax və Zaqatala rayonlarının istirahət  mərkəzlərinə -  qış tətilinə göndərilmişlər. Özü də bu tələbələr universitetin 2 ədəd Hyundai və 1 ədəd Peugeot markalı avtobusları ilə yola salınmışlar.  Onlardan 35-i Qax, 18-i isə Zaqatala rayonunda istirahət etmişdir.

Tədbirdə həmçinin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin Türkiyənin Səlçuk və İstanbul universitetlərində 5 aylıq kliniki təcrübə keçmiş tələbələrinin hesabatları dinlənildi.

Tədbirin sonunda Kənd Təsərrüfatı naziri Heydər Əsədovun 3, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin 3 ədəd noutbuk hədiyyəsi tələbələrə təqdim olundu. Aqrar sektorda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir sıra iş adamlarının dəstəyi ilə

3 fənn üzrə  100 bal toplayan 5 tələbənin hər birinə planşet, 115 tələbənin hər birinə 100 manat məbləğində pul mükafatı verildi. Tələbələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər və bundan sonra da təhsildə yüksək nailiyyətlər əldə edəcəklərinə söz verdilər.

 Hamlet QASIMOV,
“Xalq qəzeti” nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında