Tibb Universitetində rezidentlərə həkim-mütəxəssis diplomları təqdim edilib

Azərbaycan Tibb Universitetində keçirilən məzun rezidentlərə həkim-mütəxəssis diplomlarının təqdimat mərasimində Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxış edərək, bu il 86 nəfərin rezidentura üzrə təhsilini başa vurduğunu bildirib: “Qərara aldıq ki, tək Tibb Universitetində deyil, respublikanın digər müəssisələrində də rezidenturanı bitirmiş həkim-mütəxəssisləri dəvət edək, onlara da diplom təqdim edək”.

ATU-nun rektorunun sözlərinə görə,  rezidentura təhsilinin həyata keçirilməsi heç də asan olmayıb. O bildirib ki, əvvəllər bu sistemə keçmə ilə bağlı maneələr vardı, amma bunlara baxmayaraq, biz yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədilə rezidentura sisteminin tətbiqinə nail olduq. Rezidenturaya qəbul ilk dəfə 2011-ci ildə aparıldı. Son illərdə tibb müəssisələrinin imkanı artdıqca istər dövlət, istərsə də özəl xəstəxanalarda imkanlar böyüdükcə, digər müəssisələrə də rezidentlər verildi. Ancaq biz hesab edirik ki, bu məsələdə də xüsusi diqqət tələb olunmalıdır. Rezident hazırlamaq o qədər də asan deyil. Rezidentura təhsili tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığının formasıdır. Rezidentura diplomdan sonraki təhsildir, burada təcrübə ilə yanaşı, nəzəri elmlə, tədrislə də məşğul olmaq lazımdır.

Akademik ATU-da tibbin bütün sahələri üzrə yüksək ixtisaslı mütəxəssis hazırlamağa çalışdıqlarını da diqqətə çatdırıb: “Bizim universitetdə rezidentlərin yüksək ixtisaslı kadr kimi yetişməsi üçün hər cür şərait var. Söz yox ki, bu məsələdə rezident rəhbərindən və rezidentin özündən də çox şey asılıdır, yəni, hər bir rezident vaxtdan səmərəli istifadə edib, çalışmalıdır. Rezidentlərin attestasiyası da  universitetdə keçirilən  bütün imtahanlar kimi  obyektivliyi tam qorumaq məqsədilə insan faktoru olmadan, kompyüterlər vasitəsilə aparılır”. Rektor rezidentlərin digər müəssisələrdən də rotasiya üçün Tibb Universitetinə gəldiyini və ATU-nun rezidentlərinin  xarici ölkələrə bir neçə aylıq rotasiyalara göndərildiyini vurğulayıb.

Qeyd edək ki,  ATU-da ilk buraxılış 2013-cü ildə olub. Təhsil  müddəti 2 il olan 5 ixtisas üzrə (epidemiologiya, ftiziatriya, ümumi gigiyena, immunologiya, psixiatriya) 5 nəfər, 2014-cü ildə isə 2 illik ixtisaslar üzrə 15 nəfər, 3 illik ixtisaslar üzrə (anestezioologiya-reanimatologiya, oftalmologiya, allerqologiya, stomatologiya, şüa terapiyası, sosial gigiyena və səhiyyənin təşkili) 18 nəfər, bu il isə ATU üzrə cəmi 33 nəfər məzun olub.

Bundan başqa, bu il respublika üzrə digər bazalardan olan 53 nəfər də Tibb Universitetində buraxılış yekun attestasiyasından keçərək məzun adını alıblar.Ümumilikdə respublika üzrə 2014-cü ildə olan məzunların sayı cəmi 86 nəfər olub.

Tədbirin sonunda ATU-nun rektoru Əhliman Əmiraslanov rezidentlərə diplomları  təqdim etdi, onlara uğurlar arzuladı.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında