Ceyhun Bayramov: Respublika fənn olimpiadaları yeni qaydalar əsasında həyata keçirilir

“Azərbaycanda istedadlı uşaqlarla işin təşkili istiqaməti bu il də  Təhsil Nazirliyinin daim diqqətində olacaq və fəaliyyətimizin əsas istiqamətlərindən birini təşkil  edəcək”.

APA - nın xəbərinə görə, bunu Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirmişdir. Nazir müavini demişdir ki, nazirliyin əsas işlərindən biri də məhz istedadlı uşaqların daha erkən yaşlarda müəyyən olunması, onlarla uzunmüddətli işin aparılmasıdır.

Onun sözlərinə görə, bu tədris ilindən başlayaraq respublika fənn olimpiadaları yeni qaydalar əsasında həyata keçirilir: “Artıq respublika fənn olimpiadalarının birinci mərhələsi-rayon, şəhər turu bir neçə gün öncə yekunlaşmışdır. Bu mərhələdə 8 fənn üzrə 22 min şagird iştirak etmişdir. Belə kütləviliyin təmin edilməsi bizi çox sevindirir. Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin martda, final mərhələsinin apreldə keçirilməsi gözlənilir. Final mərhələsində hər bir fənn üzrə 60 nəfər şagirdin iştirak etməsi nəzərdə tutulur. Hesab edirik ki, bu say bizə həm yüksək nəticə əldə etməyə, həm də rəqabəti təmin etməyə imkan verəcək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında