"Azərbaycan Respublikası 2010: regional rol, beynəlxalq vəziyyət" mövzusunda Tehranda keçirilmiş beynəlxalq elmi seminar başa çatmışdır

Tehran Universitetində "Azərbaycan Respublikası 2010: regional rol və beynəlxalq vəziyyət" mövzusunda keçirilmiş beynəlxalq elmi seminar başa çatmışdır.
Tədbir İran Xarici İşlər Nazirliyinin Orta Asiya və Qafqaz Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi və Tehran Universitetinin Qafqaz Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmişdir. Seminarda İran rəsmiləri, səfirlər, Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Türkmənistan və Qazaxıstandan dəvət olunmuş tanınmış alimlər, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilmişdir.
Seminarın açılışında İran Prezidentinin parlament məsələləri üzrə müavini Höcətul-İslam Mirtacəddin Məhəmmədrza, Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundov, İranın Bakıdakı səfiri Məhəmməd Bağır Bəhrami və başqaları çıxış etmişlər. Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğu bildirilmiş, əlaqələrimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur. Seminar əsasən siyasət, iqtisadiyyat, regional proseslər, sosial və mədəniyyət mövzularını əhatə edən dörd bölmə üzrə keçirilmişdir. Tanınmış tədqiqatçı alimlər Fuad Məmmədov, Solmaz Rüstəmova, Fəqan Əliyev, Cəmil Həsənli, Hamlet İsaxanlı, Əsədulla Qurbanov, Bəhram Əmirəhmədiyan, Məhəmməd Əli Müsəvi, Həsən Behiştpur, Georgi Sanikidze, Güner Özkan, Leonid Qusev və başqalarının məruzələri dinlənilmişdir. "Azərbaycan-Rusiya münasibətlərinin Qafqaz regionuna təsiri", "Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycan-Gürcüstan münasibətlərində rolu", "Azərbaycan-Türkiyə münasibətlərinin Türkiyə-Ermənistan münasibətlərinə təsiri" və digər məruzələr ətrafında müzakirələr aparılmışdır. Çıxışlarda qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən neft siyasəti region dövlətlərinin kompleks inkişafı üçün geniş tarixi imkanlar yaratmışdır.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars yeni dəmir yolunun, Transxəzər neft-qaz boru xətti layihəsinin, TRASEKA-nın, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində dəmir yolu şəbəkəsinin qurulması məsələlərinin əhəmiyyətindən bəhs edən alimlər əminliklə qeyd etmişlər ki, Azərbaycan dövləti regionda yeni və strateji güc mərkəzinə çevrilmişdir. Vurğulanmışdır ki, Azərbaycanın zəngin təbii ehtiyatlarından və geosiyasi mövqeyindən daha səmərəli istifadə etmək mümkündür.
Bunun üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll edilməli, regionda uzunmüddətli sülh və sabitlik bərqərar olmalıdır. Taleh Ziyadovun "Azərbaycan Respublikası və Avrasiya daşımaları şəbəkəsi" mövzusunda təqdim etdiyi filmin nümayişi iştirakçılarda Azərbaycanın tranzit imkanları barədə real təsəvvür yaratmışdır. Tehran Universitetinin professor, müəllim və tələbələri məruzə və çıxışları sonsuz maraqla qarşılamışlar.

{nl}

Sabir Şahtaxtı, AzərTAc-ın xüsusi müxbiri
Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında