ADA Universiteti diplomatlar üçün daha bir təlim proqramını başa vurub

Dekabrın 22-də ADA Universiteti İxtisasartırma Proqramı 41 gənc və orta rütbəli diplomat üçün keçirdiyi təlim proqramını uğurla başa vurub. Bu barədə AzərTAc-a universitetdən məlumat verilib.

Məzuniyyət günündə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və İxtisasartırma Proqramının direktoru Aygün Hacıyeva, o cümlədən proqram çərçivəsində müxtəlif mövzularda iştirakçılara təlim verən ADA Universitetinin inzibati və professor heyəti çıxış edərək, diplomatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Hafiz Paşayev artıq 8 ildir ki, keçirilən bu proqramın Azərbaycanda yeni nəsil diplomatların hazırlanmasında böyük rol oynadığını vurğulayıb.

Aygün Hacıyeva deyib ki, 2007-ci ildən fəaliyyət göstərən ADA Universiteti İxtisasartırma Proqramının bu günə qədər hökumət və biznes sektorundan 2726 peşəkara qısa və uzunmüddətli proqramlar təşkil edib. O, Asiya, Afrika, Yaxın Şərq, Latın Amerikası, ABŞ və Avropadan 500-dən artıq xarici diplomatın müxtəlif mövzularda bacarıqlarının təkmilləşdirilməsində İxtisasartırma Proqramının xidmətini qeyd edib. Xatırladıb ki, ADA Universiteti İxtisasartırma Proqramı Bakıda fəaliyyət göstərən 70-ə yaxın şirkətin 1434 orta və yüksək dərəcəli meneceri üçün qısa və uzunmüddətli təlimlər keçib.

“Azərbaycanlı diplomatlar üçün keçirdiyimiz bu təlim zamanı 41 gənc və orta səviyyəli diplomat liderlik bacarıqları, iqtisadi məsələlər, diplomatik protokol, ictimai diplomatiya, kəşfiyyat və xarici siyasət, çoxtərəfli və ikitərəfli diplomatiya, beynəlxalq danışıqların aparılması, siyasətin təhlili, beynəlxalq siyasət və təşkilatlar, regionşünaslıq kimi mövzular üzrə təlimlər keçiblər,” - deyə A.Hacıyeva bildirib.

Qeyd edək ki, proqramın təlimçiləri arasında ADA Universitetinin dekanları, prorektorları və professor heyəti ilə yanaşı, Polşa, Malta və digər ölkələrdən gəlmiş müstəqil konsultantlar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndələri, parlament üzvləri, o cümlədən ABŞ, Böyük Britaniya, Pakistan, Almaniya, Avropa İttifaqı və İtaliyanın səfirləri iştirak ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında