Serbiyanın sabiq Prezidenti ADA Universitetində mühazirə oxuyub

Serbiyanın sabiq Prezidenti Boris Tadiç ADA Universitetində tələbələr, inzibati heyət və professorlarla görüşüb.

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, sabiq Prezident “Berlin divarının sökülməsindən 25 il sonra qlobal siyasətdə baş verən dəyişikliklər” mövzusunda mühazirə oxuyub.

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bu tədbirin ali təhsil müəssisəsində yeni yaradılmış Avropa İttifaqı Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunduğunu söyləyib. Rektor müzakirələr zamanı Serbiyanın Avratlantik inteqrasiyaya gedən yolda gördüyü işlərdən danışıb. ADA-nın tarixi haqqında məlumat verən Hafiz Paşayev hazırda universitetdə müxtəlif ölkələrdən 61 beynəlxalq tələbənin təhsil aldığını söyləyib. 

Boris Tadiç çıxışı zamanı hazırda beynəlxalq aləmdə müxtəlif güclər arasında mövcud münasibətlərin bütün dünyanı real təhlükə ilə üz-üzə qoyduğunu, “Vahid Avropa” yaradılması prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş sual-cavabla və müzakirələrlə davam edib. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında