Məktəb bilik və tərbiyə ocağıdır

Azərbaycanın pedaqoji kollektivləri, xüsusən ümumtəhsil məktəblərinin müəllimləri yeni dərs ilinə yüksək əhval-ruhiyyə ilə gəlirlər. Bugünlərdə Prezident İlham Əliyevin sərəncamı ilə orta məktəb müəllimlərinin məvaciblərinin növbəti dəfə artırılması dövlətimizin təhsil sahəsinə, onun problemlərinin həllinə daimi diqqət və qayğısının daha bir təzahürü kimi hamımızı sevindirdi. Ulu öndər Heydər Əliyevin cəmiyyətin ümumi tərəqqisində təhsilin roluna verdiyi önəmi yüksək səviyyədə davam etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi sistemli, ardıcıl tədbirlər ölkə müəllimlərini daha səylə çalışmağa ruhlandırır. Bütün bunlar milli təhsilimizin uğurlarını ildən-ilə artırır.
Təhsil sahəsində əldə edilən hər bir yüksək nəticə işıqlı sabahımızdan və gələcəyimizlən xəbər verir. Məqsədyönlü islahatların həyata keçirilməsi, dünya təcrpübəsindən bəhrələnmək inkişafımızı göstərir. Milli dəyərlərimizi qoruyub saxlamaqla Avropa standartlarına yiyələnmək, gənclərimizi müasirliyə alışdırmaq çox vacib amillərdəndir. Biz valideyn və müəllim olaraq uşaqlarımızın həyatını indidən düzgün qurmağı bacarmalıyıq. Onların hər bir hərəkətinə nəzarət etməli, asudə vaxtlarından səmərəli istifadə etməyi öyrətməli, mütaliə etməyə alışdırmalı və üstün cəhətlərini formalaşdırmalıyıq. Belə olan təqdirdə illər keçdikcə övladlarımızın uğurlarının sevincini yaşayacağıq. Gənclər bizim gələcəyimizdir.
Məktəbimiz haqda danışarkən fərəhlə qeyd etmək istərdim ki, 2009-2010-cu dərs ilində keyfiyyət göstəricimiz çox yaxşı olmuşdur. 9-cu sinfi bitirən 173 nəfərdən 167-si imtahanlarda "4" və "5" almaqla bizi sevindirmişdir. 113 nəfər onbirinci sinif şagirdindən 96 nəfəri orta təhsil haqqında attestat almışdır. Məktəbimizi bitirənlərdən 92 nəfəri ali və orta ixtisas məktəblərinə sənəd vermişdir. Bunlardan 7 nəfəri 600-dən çox bal toplayaraq yüksək nəticə göstərmişdi. 13 nəfər 50-dən çox bal toplamışdır. 48 digər məzunumuz da müxtərif təhsil müəssisəsinə daxil olmuşdur. İl ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyi məktəbimizin təlim- tərbiyə və tədris prosesinin inkişafına diqqət göstərmişdir. Təhsil naziri, professor Misir Mərdanov 2008-ci il mart ayının 12-də məktəbin işindən, fəaliyyətindən razı qaldığını bildirmiş, hər bir müəllimin əməyinə yükvsək qiymət vermişdir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın göstərişi ilə məktəbin fəaliyyətini daha da yaxşılaşdırmaq məqsədilə 440 yerlik 22 sinif otağı tikilib şagird və müəllimlərin istifadəsinə verilmişdir.
Bilirik ki, təlim-tərbiyə və tədrisin keyfiyyətcə yeni məzmun daşımasında müxtəlif tədbirlər xüsusi əhəmiyyətə malikdir. İl ərzində 20-yə yaxın belə maraqlı tədbirlər keçirmişik. Bu tədbirlər ana dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, xarici dil, tarix fənlərini əhatə edir. Riyaziyyatdan keçirilən "Açıq dərs" Azərbaycan Televiziyasının I proqramı ilə nümayiş etdirilmişdir. Biologiya fənni üzrə "Dünya bizim evimizdir" mövzusundakı tədbirimiz Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin diplom və setifikatına layiq görülmüşdür. "M.Hüseyn-100", "C.Məmmədquluzadə - 140", "Dünya bizim evimizdir", "Heydər Əliyev-87", "Kimya gecəsi", "Riyaziyyat gecəsi", "Doğma Vətənimiz" kimi məzmunlu və mənalı tədbirlərin adını xüsusi qeyd etmək istəyirəm. Bunlar ilboyu şagird və müəllimlərimizin biliyə marağını, Vətənə məhəbbətini nümayiş etdirmişdir.
Bu tədbirlərin yüksək səviyyədə həyata keçirilməsində böyük zəhməti olan müəllimlərimizin adını çəkmək istərdim. Ana dili və ədəbiyat müəllimləri Vəsilə Namazova, Kəmalə Cəfərova, Ülviyyə Məmmədova, Fərqanə Abdulova, biologiya müəllimi Səlimə Bəkirova, kimya müəllimi Almaz Həsənova, riyaziyyat müəllimi Səbinə Cəfərova, tarix müəllimi Vəfa Heydərova, direktor müavinləri Raya Həsənova, Kəmalə Piriyeva və Zərifə Şeydayevanın gördüyü işlər təqdirə layiqdir.
2009-2010-cu tədris ilinin sonunda Bakı Şəhər Texniki Yaradıcılıq Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyi tərəfindən fəxri fərman, diplom və sertifikatlara, təşəkkürnamələrə layiq görülməyimiz bizi böyük həvəs və səylə işləməyə sövq edir. Növbəti dərs ilində də yüksək göstəricilər əldə edəcəyimizə əminik.
Məktəbimiz Sovet İttifaqı Qəhrəmanı, xalqımızın qeyrətli oğlu Mehdi Hüseynzadənin adını daşıyır. Odur ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsilə böyüməsinə çalışırıq. Uşaqları daim alimlərimizin, şəhidlərimizin, yazarlarımızın, ümumiyyətlə qeyrətli və şöhrətli insanlarımızın mənalı həyatından ibrət dərsi götürməyə çağırırıq. Vətənə layiqli övladlar bəxş etmək bizim vətəndaşlıq, insanlıq, müəllimlik borcumuzdur.

{nl}

Məmməd QƏMBƏROV, Nəsimi rayonundakı M.Hüseynzadə adına 19 saylı orta məktəbin direktoru, "Qabaqcıl maarif xadimi"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında