Yüksək səviyyəli kadr hazırlanması dövrün tələbidir

Müstəqil Azərbaycan Respublikasında son illər başqa sahələrdə olduğu kimi, milli təhsilin də inkişafında əsaslı nailiyyətlər əldə olunmuşdur. Doğrudan da, ölkəmizdə aparılan təhsil islahatı davamlı xarakter almış, təhsilin bütün sferalarında mühüm yeniliklər əldə olunmuşdur. Bu yüksəliş, bu inkişaf onunla bağlıdır ki, təhsilimizin tərəqqisinə dövlətimizin rəhbəri, hörmətli Prezidentimiz İlham Əliyevin güclü dəstəyi vardır. Xüsusilə, son illər möhtərəm Prezidentimizin təhsillə bağlı sərəncam və fərmanları, qəbul olunmuş dövlət proqramları milli təhsilin davamlı inkişafı üçün əsaslı zəmin yaratmışdır. Cənab Prezidentin sərəncamları ilə təsdiq olunmuş 16-dan çox Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin reallaşması milli təhsilimizdə islahatların davamlı olaraq həyata keçirilməsinə imkan vermişdir.
Bu yaxınlarda Təhsil Nazirliyinin Respublika konfransında qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr çox real şəkildə açıqlanmışdır. Təhsil naziri Misir Mərdanovun konfransdakı təqdimat-məruzəsində müasir təhsilimizin bütün sahələrinin inkişafı, onun əsas problemləri geniş şəkildə iştirakçıların diqqətinə çatdırılmışdır.
Təhsil sferasında əhəmiyyətli yer tutan orta ixtisas təhsili sahəsində son illər əsaslı yeniliklər yaranmışdır. Bu, özünü həm orta ixtisas məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsində, həm yeni ixtisasların yaradılmasında, həm də təhsilin keyfiyyətində göstərməkdədir. Təhsilin bu sahəsinin məqsədi respublikanın iqtisadiyyatı və sosial sferanın bütün sahələri üçün müxtəlif ixtisaslar üzrə orta təhsilli mütəxəssislər hazırlamaqdan ibarətdir. Bu təhsil sahəsi prakfik istehsalyönümlü mütəxəssislər hazırlamaqla şəxsiyyətin kütləvi peşə təhsili almasını və eyni zamanda ümumtəhsil və mədəni səviyyəsinin yüksəldilməsini təmin edir. YUNESKO-nun Beynəlxalq Təhsil Klassifikatorunda orta ixtisas təhsili universitetəqədərki təhsillə bərabər tutulur. Bir fakta diqqəti yönəltmək istərdim. 2009-cu ilə olan məlumata görə, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sosial sahədə 681 min nəfərə qədər orta peşə ixtisası təhsilli mütəxəssis çalışırdı. Bu rəqəm ilbəil artmaqdadır.
Son illər təhsilin bu sahəsinin yeniləşməsi istiqamətində davamlı iş aparılır. Hələ 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları"nın tərkib hissəsi olan "Ümumi təhsilin bariz tədris planı"nın tələblərinə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən "Orta ixtisas təhsilinin nümunəvi baza təhsil proqramının strukturu" hazırlanıb təsdiq edildi. Beləliklə, tədris plan və proqramlarında müvafiq dəyişikliklər edildi. 19 yanvar 2010-cu il tarixdə Nazirlər Kabinetinin "Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı"nın təsdiq edilməsi barədə əmri olmuşdur. Bu təsnifatla yaradılan qruplar aşağıdakılardır: "Təhsil ixtisasları qrupu", "Humanitar və sosial ixtisaslar qrupu", "Mədəniyyət və incəsənət ixtisasları qrupu" , "İqtisadiyyat və idarəetmə ixtisasları qrupu", "Texniki və texnoloji ixtisaslar qrupu", "Kənd təsərrüfatı ixtisasları qrupu", "Səhiyyə, rifah və xidmət ixtisasları qrupu". Hər qrup üzrə ixtisaslar da konkret olaraq müəyyənləşdirilmişdir.
Orta ixtisas təhsilinə göstərilən qayğı və diqqət davamlı olaraq artmaqdadır. Və yaxın gələcəkdə bu sahədə xüsusi Dövlət Proqramı qəbul olunacağına böyük ümidlər var.
Təhsil Nazirliyi təhsilin bu sahəsinin inkişafına xüsusi diqqət göstərir. "2001-2004-cü illər üçün Azərbaycan Respublikasında orta ixtisas təhsilinin inkişafı proqramı"nı təsdiq edən nazirlik bu sahədə bir sıra yeniliklər edilməsinə nail oldu. Proqramın icrası ilə bağlı 2002-ci ildə nazirlik tərəfindən orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi barədə Azərbaycan hökuməti qarşısında müvafiq vəsatət qaldırmış və həmin il Nazirlər Kabineti "Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsi haqqında" müvafiq qərar qəbul etmişdir. Bu qərardan sonra isə orta ixtisas təhsili sahəsində müəyyən dəyişikliklər edildi.
Qeyd edək ki, son illərdə orta ixtisas təhsili müəssisələrində kadr hazırlığının strukturunda zəruri dəyişikliklər aparılmışdır. Nəticədə əmək bazarının tələbatına, gənclərin marağına uyğun olaraq neft və energetika, maşınqayırma, informasiya, nəqliyyat və kommunikasiya, sosial-mədəni servis, iqtisadiyyat, biznesin təşkili, marketinq və menecment, iqtisadi və humanitar profilli ixtisaslar üzrə mütəxəssis hazırlığı əhəmiyyətli dərəcədə artmışdır.
Təhsilin keyfiyyəti məsələsini nazirlik daim diqqət mərkəzində saxlayır. Söz yox ki, təhsilin keyfiyyətinin təmin olunmasında əsas ağırlıq orta ixtisas məktəblərinin pedaqoji heyətinin üzərinə düşür. Bu gün orta ixtisas təhsili sahəsində öz işinə məsuliyyətlə yanaşan təcrübəli müəllimlər çoxdur. Onların əksəriyyəti ixtisas müəllimləridir. Son illər təcrübəli müəllimlərlə yanaşı gənc müəllimlərin də işə qəbuluna diqqət artırılmışdır. Ümumiyyətlə, müəllimlərin işə münasibəti dəyişmişdir. Onların əksəriyyəti müasir təlim texnologiylarına bələd olan, informasiya texnologiyaları ilə işləməyi bacaran səriştəli, savadlı və dünyagörüşlü müəllimlərdir.
Bu sahədə problemlər də az deyil. Orta ixtisas təhsilindəki problemlərdən bəhs edən təhsil naziri Misir Mərdanov demişdir: "Təhsil müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə köhnəlmişdir, müəssisələr praktik təlimi müasir çəviyyədə təşkil etməyə imkan verən zəruri avadanlıqlarla kifayət qədər təmin olunmamışdır". Ümumiyyətlə, bu gün mövcud problemlərin qismən aradan qaldırılması üçün tədbirlər görülmüşdür.
Rəhbərlik etdiyim Bakı Mədəni Maarif Texnikumu da orta ixtisas təhsili müssəsi kimi öz ənənələri olan təhsil ocağıdır. Texnikumda son illər bir sıra əsaslı yeniliklər yaradılmış, təhsilin keyfiyyətində uğurlu nailiyyətlər əldə olunmuşdur. Bu gün texnikumumuzda 1200-ə yaxın tələbə təhsil alır. Onların 300-ü bu il qəbul olunanlardır.
Yeni dərs ili ərəfəsində məktəbimizi daxili imkanlar hesabına cari təmir etmişik. Bu gün texnikumun müasir kitabxanası, dərs otaqları, laboratoriyaları tələbələrin istifadəsinə verilmişdir.
Bizim üçün çox sevindirici oldu ki, yeni dərs ili ərəfəsində cənab Prezidentimizin sərəncamı ilə müəllimlərin əməkhaqqı və tələbələrin təqaüdləri artırıldı. Bu, hörmətli Prezidentimizin təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, bütövlükdə təhsilin inkişafına göstərdiyi qayğının bariz nümunəsidir.
Ölkəmizdə mdəniyyətin və incəsənətin sürətli inkişafı bizim kadrlara tələbatı ildən-ilə artırır. Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizin tərəqqisi üçün həyata keçirdikləri davamlı tədbirlər öz uğurlu nəticələrini verməkdədir.
Kollektivimiz çalışır ki, hazırladığımız kadrlar müasir tələblərə cavab versin, ölkəmizdə gedən mədəni quruculuq işlərinə fəal şəkildə qoşulsunlar. Bu, əslində, dövrün tələbidir.

{nl}

İlqar MAHMUDOV, Bakı Mədəni Maarif Texnikumunun direktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında