“Gənclər paytaxtı” Qubada “Nəzər nöqtəsi” layihəsi

Qubada beş gün davam edəcək “Nəzər nöqtəsi” layihəsinə start verilib.

Dekabrın 6-da Quba şəhərindəki Gənclər Mərkəzində “İrəli” İctimai Birliyinin (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə həyata keçirdiyi layihənin  açılış mərasimi keçirilib.

Tədbirdə qeyd olunub ki, bu ayın 10-dək davam edəcək “Nəzər nöqtəsi”nin əsas məqsədi dünya arenasında Azərbaycanı uğurla təmsil edə bilən gənclərin hazırlanması, beynəlxalq rəqabətədavamlı gənclərin yetişdirilməsi, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” fəlsəfəsini izah və təbliğ etməkdir.

Mərasimdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki,  rəhbərlik etdiyim qurum ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak edir. “İrəli” İB gənclərin fəaliyyətlərini stimullaşdıran, ölkənin maraqlarını qoruyan və gənclər siyasətinin inkişafında yaxından iştirak edən gənclər təşkilatıdır.

M.Seyidov  “Gənclər paytaxtı”nda reallaşdırılan “Nəzər nöqtəsi” layihəsi haqqında ətraflı məlumat verərək bildirib ki,  bu layihəyə qoşulmaq üçün müraciət edən 200 nəfərdən 87-si müsahibədə iştirak haqqı qazanıb. Müsahibədən sonra 31 gənc seçilib. Layihə çərçivəsində gənclər beş gün ərzində təlimləndirildikdən sonra aldıqları bilikləri tətbiq etmək imkanları qazanacaqlar. Təlimlər “Azərbaycanın siyasəti”, “Komanda quruculuğu”, “Dövlət quruculuğu”, “Siyasi analiz və təhlil”, “Dağlıq Qarabağ” mövzularına həsr olunacaq.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək  ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən söz açıblar.  Bildirilib ki, məqsədyönlü siyasət gənclər təşkilatlarına fəaliyyətlərini genişləndirərək ölkəmizin ictimai, siyasi, mədəni həyatında mühüm rol oynamaq imkanı yaradıb.

Qeyd olunub ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə rəhbərliyi gənclər siyasətinin yaradılmasına və inkişafına, bu sahədə qanunvericilik bazasının formalaşdırılmasına və bu sahənin strukturunun təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verib.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında