Mərakeş və Azərbaycan Şərq və Qərb kontekstində

Dekabrın 6-da Bakı Musiqi Akademiyasında (BMA) “Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Mərakeş və Azərbaycan Şərq və Qərb kontekstində” mövzusunda Respublika elmi seminarı keçirilib.

AzərTAc xəbər verir ki, seminarı açan BMA-nın prorektoru, professor Gülnaz Abdullazadə tədbirin Azərbaycan ilə Mərakeş arasında elm və mədəniyyət sahələrində əlaqələrin inkişafına mühüm töhfə verəcəyini bildirib.

Tədbirdə “Elm çırağı” İctimai Birliyin sədri, professor Naidə Məmmədxanova çıxış edərək Mərakeş xalqı, onun qədim zəngin mədəniyyəti, incəsənəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Mərakeş azərbaycanlıların düşüncəsində ilk növbədə ərəb dünyasının bir hissəsidir. Çünki Mərakeş xalqı digər ərəb xalqlarının mədəniyyəti ilə bağlı çox zəngin irsə malikdir. Orta əsrlərdə bu mədəniyyət Məğrib və müsəlman İspaniyasının yerli ənənələrinə görə inkişaf edərək ispan-mavritan, ərəb-ispan, ərəb-bərbər mədəniyyəti adı alıb. Məhz buna görə də Mərakeş bizim üçün klassik memarlıq nümunələrini bu günə qədər qoruyub-saxlayan Şərq nağılıdır. Vurğulanıb ki, Mərakeş də Azərbaycan kimi iki mədəniyyətin, Avropa və müsəlman sivilizasiyalarının kəsişməsində yerləşir.

Tədbirdə Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami ölkələrimiz arasında münasibətlərdən, bu əlaqələrin inkişaf perspektivlərindən söhbət açıb.

Azərbaycan ilə Mərakeş arasında mədəni əlaqələrdən danışan səfir bildirib ki, hər iki ölkənin mədəniyyəti qədim tarixə malikdir.  Azərbaycanda Mərakeş, Mərakeşdə isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi ölkələrimiz arasında mədəni əlaqələrin  inkişafına mühüm töhfədir.

H. Hami, eyni zamanda Mərakeşin coğrafi mövqeyindən, qədim, zəngin mədəniyyətindən söhbət açıb, Azərbaycanın tarixən Şərqlə Qərb arasında körpü rolu oynadığını bildirib.

Seminarda Bakı Slavyan Universitetinin professoru Aslan Məmmədli “Din və nonkonformizm”,  AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçiləri Elvüsal Məmmədov “Müasir dövrdə müsəlman qadınının sosial-mədəni fəaliyyəti”, Ruhəngiz Cümşüdlü “Müasir Mərakeş ədəbiyyatı” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbir BMA-nın tələbələrinin təqdim etdiyi konsert proqramı ilə başa çatıb.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında